Bismillahir rəhmanir rəhim
Sual: Sualım belədir: Necə olur ki, İmam Məhdi (ə.f) bu qədər uzun ömür yaşaya bilir və zuhura qədər qocalmadan qalır?
Cavab: Möhtərəm qardaşımız, uzun ömür məsələsinə həm keçmiş qövmlərdə, həm də hazırkı dövrümüzdə rast gələ bilərik.
Uzun ömürlülük bəşər tarixində qəti qəbul olunan məsələlərdən hesab olunur. Biz bəzi kitablara müraciət etdikdə orada bir çox uzun ömür sahibi olan şəxslərin adlarına rast gəlirik. Qeyd etmək lazımdır ki, uzun yaşamaq təkcə saleh şəxslərə aid olan bir məsələ deyil. Çünki bir çox kafir və zalım şəxslər də uzun ömür yaşamışlar, məsələn: Şəddad bin Ad 900 il, Ömər bin Amir 800 il, Zuheyr bin Əbbab 300 il, İbni Hubəl bin Abdullah 600 il, Mustəv`ər bin Rəbiə 330 il, Dureyd bin Zeyd 450 il, Qus bin Ubadə 600 il yaşamışdır.
Saleh şəxslərdən isə Loğman bin Ad 3500 il, İbni Əbid-dunya adıyla tanınan Əli bin Osman 309 il yaşamışlar. Böyük peyğəmbərlər (ə) arasında da uzun ömürlülük adi və təbii işlərdən sayılır. Bir çox hədislərdə buna işarə edilmişdir. Belə peyğəmbərlərə misal olaraq Nuh peyğəmbəri (ə) göstərmək olar. Müxtəlif nəzərlərə əsasən həzrət (ə) 1000, 1400, 1700 və ya 1470 və ya 2300 və yaxud da 2500 il yaşamışdır. Qurani-Kərim Nuh (ə)-ın dəvət (təbliğ) müddətinin 950 il olduğunu deyir. Allahu-təala buyurur: “Biz Nuhu (da) öz qövmünə göndərmişdik. O onların arasında min ildən əlli il az qədər (yəni, 950 il) qaldı. (Sonra) tufan onları qərq etdi və onlar zalımlardan oldular”. (Ənkəbut surəsi, 14) Həmçinin digər peyğəmbərlərin də uzun ömür yaşamaları sübuta yetmişdir. Məsələn, həzrəti Adəm 930 il, həzrəti Süleyman 1712 il və ya 1000 il, həzrəti Şeys 920 il, həzrəti Hud 670 il yaşamışdır (Allahın salamı olsun hər birinin üzərinə). Bunlar yaşayıb ölən peyğəmbərlər idilər. Lakin bəzi peyğəmbərlər hətta bu günümzə qədər sağdırlar. Bunlar İlyas peyğəmbər, İdris peyğəmbər, İsa peyğəmbər və həzrəti Xizrdir (Allahın salamı olsun hər birinin üzərinə).
Hazırkı dövrümüzdə insanın uzun ömür yaşamasına gəlincə isə, müasir tibb elmi bu günə qədər ölümün sirrini tapa bilməyib. Həmçinin, müasir tibb elmi uzun ömürlülüyün mümkünlüyünü də inkar etməyib. Əksinə, bu gün Qərb alimləri belə düşünürlər ki, bəşər övladı yüz illərlə yaşaya bilər.
Amerikalı həkim Kilord deyir: “Hal-hazırda tibb elmi – qidalanma elminin yardımıyla – insanların uzun ömür yaşamasına əngəl olan maneə və həddləri aradan qaldırmışdır. Bugün biz ata-babalarımızın və əcdadlarımızın düşündüyünün əksini düşünürük. Biz ümid edirik ki, çox uzun ömürlər yaşayacağıq”. (“Bizim cavabımız”, 17) Həmçinin Almaniya universitetlərinin başçısı doktor Corc da bu fikirdədir. O latıncada “Sabrolina miskata” adlanan bir bitkinin üzərində tədqiqat aparmışdır. Bu bitki yaşıl milçəyin belində yerləşir və ömrü cəmi iki həftədir. Doktor Corc həmin bitki üçün xüsusi şərait hazırladıqdan sonra onu əkmişdir. Bunun nəticəsində isə bitki iki həftə deyil, düz altı il yaşamışdır. Bu təcrübəyə əsasən biz insan ömrünün də 10920 ilədək uzadıla biləcəyini deyə bilərik. (“Bizim cavabımız”, 20)
Yəni, əgər bəşər bir bitkinin ömrünü iki həftədən altı ilə qədər uzada bilirsə, bu hesabla bir insanın min illərlə və ya daha artıq yaşaması nə üçün mümkün olmasın?
Bu elmi-lədunnisi olmayan adi bir insan barəsində idi. Bəs görəsən elmi-lədunnisi, təkvini vilayəti, peyğəmbərlərin (ə) və övliyaların (ə) elmi və mirasları yanında olan bir şəxs barəsində necə olar?
(Adi bir insanın tibb elmi sayəsində və xüsusi qoruyucu tədbirlərlə öz ömrünü bir neçə qat artıra bilməsi mümkün ola-ola, yanında ilahi elm olan və Allah tərəfindən qorunub himayə edilən bir şəxsin ömrünün uzun olması nə üçün təəccüblü olmalıdır ki? Məgər Qadir olan Allah məxluqun ömrünü uzatmaqda adi bir həkimdən daha qüdrətli deyil? Üstəlik o həkim də Allahu-təalanın bəşərə verdiyi elm sayəsində bunu etmişdir. m.)
“İmam Məhdi (ə.f) tədqiqat mərkəzi”
T’ərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir
Ay Masaallah elbet ki Allah tam qadirdir. Yazan eller derd gormesin.