İmam Məhdinin (ə.f) kəlamlarından

Bismillahir rəhmanir rəhim

İmam Məhdi (ə)-dan bir çox hədisi şəriflər gəlmişdir ki, bu hədisi şəriflərin bir qismi hökm (şəri göstəriş) şəklində, bir qismi isə nəsihət və moizə növündəndir. Biz burada belə hədislərdən bir hissəsini qeyd edirik:

–          Mən Məhdiyəm, mən zamanın Qaimiyəm. Mən o şəxsəm ki, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi ədalət və düzlüklə dolduracağam.

–         Mən haqqın sahibiyəm. Mənim işimin baş verməsinin əlaməti hərc-mərclik və fitnələrin çoxalmasıdır.

–         Mən Allahın yer üzərində saxladığı son şəxsəm (Bəqiyyətullaham) və Onun düşmənlərindən intiqam alan kəsəm.

–         Mən Adəmdən qalan, Nuhdan zəxirə, İbrahimdən seçilmiş və Muhəmməddən (olan) arınmış şəxsəm, Allahın salamı olsun onların üzərinə.

–         Mən vəsilərin sonuncusuyam. Allah mənimlə tərəfdarlarım və şiələrim üzərindən bəlanı dəf edər.

–         Ulduzlar göy əhlinə əmin-amanlıq mənbəyi olduğu kimi, mən də yer əhli üçün əmin-amanlıq mənbəyiyəm.

–         Mən, bizim (Allahdan müstəqil şəkildə) qeybi bildiyimizi və Allahın mülkündə Onunla şərik olduğumuzu deyən kəslərdən və ya bizi, Allahın bizim üçün istədiyi məqamdan başqa bir məqama qoyan kəslərdən uzağam!

–         Mən və bütün ata-babalarım (imamlar (ə)) Allah (ə.c)-in qullarıyıq.

–         Qeybdə olduğum dövrdə məndən faydalanmaq, buludların günəşi gözlərdən gizlədiyi zaman o günəşdən faydalanmaq kimidir. Ulduzlar göy əhlinə əmin-amanlıq mənbəyi olduğu kimi, mən də yer əhli üçün əmin-amanlıq mənbəyiyəm.

–         Allah haqqı tamamlayacaq, batili isə aradan aparacaq. O, bu dediklərimə şahiddir.

–         Fərəcin tezləşməsi üçün çoxlu dua edin, həqiqətən də sizin fərəciniz bundadır.

–         Əgər moizə almaq istəsən, alarsan. Əgər axtarsan, taparsan.

–         Biz sizlərdən xəbərsiz deyilik və sizi unutmamışıq. Əgər belə olsaydı bəlalar sizə üz gətirər və ya düşmənlər sizə müsəllət olardılar. Elə isə, Allahdan qorxun və bizə yardım edin.

–         Qarşıya çıxan  hadisələrdə (məsələlərdə) bizim hədislərimizi nəql edən kəslərə müraciət edin. Onlar mənim sizin üzərinizə olan höccətlərimdirlər.

–         Əgər Allahdan bağışlanma diləsən, Allah səni bağışlayar.

–         Allah məxluqatı əbəs yerə yaratmamış, onları öz başlarına buraxmamışdır.

–         Sizlərin hər biriniz onu bizim məhəbbətimizə yaxınlaşdıracaq şeylər etsin və bizim kərahət və qəzəbimizə səbəb olan işlərdən çəkinsin.

–         İlahi, mənə verdiyin vədi yerinə yetir və mənim işimi tamamla. Vət`ətimi (intiqamımı) sabit et və yeri mənim əlimlə ədalət və düzlüklə doldur!

–         Mən, mələklər və elm sahibləri tam doğruluq və düzlüklə şəhadət verir(ik) ki, Ondan başqa ilah yoxdur; Güc, izzət və hikmət sahibi olan “O”ndan başqa ilah yoxdur; Allah qatında (haqq olan) din İslamdır.

–         Heç kəsə başqasının malından o, şəxsin izni olmadan istifadə etmək halal deyil.

–         Allahın kimsə ilə qohumluğu yoxdur. Kim məni inkar edərsə o, məndən deyil.

 

Montazar.net

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

      

3 thoughts on “İmam Məhdinin (ə.f) kəlamlarından”

Leave a Comment