Bismillahir rəhmanir rəhim
Hədislərdə bir dəstə insanın, zühur etdiyi zaman İmam Məhdi (ə)-a qarşı çıxacağı bildirilmişdir. Belə hədislərə misal olaraq aşağıdakı hədisləri göstərə bilərik:
1-Əbdül-Əla əl-Hələbi İmam Baqir (ə)-ın belə buyurduğunu nəql edir: “Elə ki, bu işin Sahibi bəzi hökmlər verəcək və bir sıra sünnələrdən danışacaq (yəni, zühur edib hakimiyyətə gələcək), bir dəstə insan məsçiddən çıxıb ona qarşı qiyam etmək istəyəcəklər. O isə öz əshabına deyəcək: Gedin (onlarla döyüşün). Onlar gedib Təmarində qiyamçılarla qarşılaşacaqlar və onları əsir edib Sahiblərinin (ə) yanına gətirəcəklər. O da onların öldürülməsini əmr edəcək. Bu dəstə Ali-Muhəmmədin (ə) Qaiminə (ə) qarşı qiyam edən son dəstə olacaq”. (Biharul-Ənvar: 52/345, hədis 91)
2-Əbul-Carud İmam Baqir (ə)-dan uzun bir hədis nəql edərək deyir: “(İmam (ə) buyurdu:) Qaim (ə) qiyam etdikdən sonra Kufəyə yollanacaq. Kufədə on neçə min “bətriyyə” adlanan şəxs silahla ona qarşı çıxacaq. Onlar Ona (ə.f) deyəcəklər: Gəldiyin yerə qayıt, bizim Fatimə övladlarına ehtiyacımız yoxdur! O da onlarla qılıncla rəftar edəcək və onların axırına çıxacaq. Kufəyə daxil olub bütün münafiq və şübhə edənləri öldürəcək, saraylarını uçuracaq, Allah (ə.c) razı qalanadək döyüşəcək”. (İrşad: 2/348, Biharul-Ənvar: 52/338, hədis 81)
3-Şeyx Tusi öz isnadı ilə Əbu Bəsirdən uzun bir hədisdə belə nəql edir: “Sonra çox keçməyəcək ki, məvalilərdən olan on min dindən çıxmış şəxs Rumeyləyi-Dəskərədə ona qarşı qiyam edəcək. Onların şüarları “Ya Osman, ya Osman” olacaq. O (ə) dostlarından olan bir şəxsi çağırıb ona silah verəcək (və qiyamçıların üzərinə göndərəcək). O da onların qarşısına çıxıb onları öldürəcək. Onlardan bir nəfər belə (sağ) qalmayacaq”. (Biharul-Ənvar: 52/333, hədis 61)
4-Məsudi deyir: Xəvariclə baş verən Nəhrəvan döyüşündən sonra Əmirəl-möminin (ə)-ın əshabından olan bir şəxs dedi: Artıq Allah dünyanın sonunadək onların kökünü kəsdi. Əmirəl-möminin (ə) dedi: And olsun canım əlində olana ki, xeyr (elə deyil). Onlar kişilərin sülblərində, qadınların rəhmlərindədirlər. Elə bir qiyamçı dəstə qiyam etməz ki, ondan sonra bir də özü kimisi qiyam etməsin. Nəhayət (ən sonda) Fəratla Dəclə arasında bir qiyamçı (xəvaric) qiyam edər. Onun başçısı Əşmət deyilən bir şəxs olar. Onun qarşısına biz Əhli-Beytdən (ə) olan bir şəxs çıxar və onu öldürər və bundan sonra qiyamətədək bir də qiyamçı dəstə (xəvaric) çıxmaz”. (Murucuz-Zəhəb: 2/418)
Hüseyn əş-Şakiri, “əl-Məhdiyyul-Müntəzər”
Tərcümə: Zuhuradogru.org
Məlumatlardan istifadə etdikdə etiqad.cf istinad vacibdir.