Bismillahir rəhmanir rəhim
Mərhum Nurəddin Əraki (1278-ci hicri ilində İranın Ərak şəhərində dünyaya gəlmiş və 1341-ci ildə vəfat etmişdir) böyük şiə mərceyi-təqlidlərindən biridir.
Mərhum Əraki Hacı Mirzə Hüseyn Tehraninin və mərcə Axund Xorasaninin dərslərində iştirak etmiş, onlardan faydalanmış, daha sonra isə Ərak şəhərinə qayıdaraq mərceyi-təqlid vəzifəsini öz üzərinə götürmüşdür. O, həzrəti Sahibul-Əsr Məhdi (ə)-ın lütf və inayətinə məzhər olan şəxslərdəndir.
Ustad Ayətullah Əraki nəql edir ki, bir dəfə mükaşifə halında bu böyük təqva sahibi mərcə üçün həzrəti Sahibul-Əsr (ə)-ı görmək müəssər olur. Mükaşifədə həzrət (ə) ona qarşı son dərəcə lütf və mehribanlıq göstərir və təbəssüm edərək o saleh bəndəyə deyir: Sən bu zəmanənin Üveysisən!
Sonradan mərhum bu mükaşifədə baş verənləri nəzmə çəkib şer halına salır və hal-hazırda həmin şer camaat arasında məşhurdur. Bəlkə də İmam (ə)-ın onu “zəmanənin Üveysi” kimi vəsf etməsinin səbəbi Üveys Qərani (r.ə) kimi bu böyük alimin də ibadət, xüşu və gecə namazı əhli olması imiş. Bu hadisəni nəql edən ustad onun gecələr çox ağlayan bir şəxs olduğunu deyir[1].
Riayətul-İmamil-Məhdi (ə), Əli əl-Cuhrəmi
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.