İmam Məhdi (ə) və Bəqərə surəsi 155-ci ayə

Bismillahir Rəhmanir Rəhim

Qurani-Kərimdə həzrəti Məhdiyə (ə) işarə edən ayələrdən biri də mübarək Bəqərə surəsinin 155-ci ayəsidir.Belə ki, Allahu-təala buyurur: “Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və məhsulların azlığı ilə imtahan edəcəyik. Səbr edənlərə müjdə ver”.

İbni Əbi Zeynəb kimi tanınan Muhəmməd ibn İbrahim Numani (Şeyx Numani) Muhəmməd ibn Müslimdən nəql edir ki, deyir: Əba Əbdillah Cəfər ibn Muhəmməd (ə) dedi: “Qaim əleyhis-səlamın gəlişindən əvvəl möminlər üçün Allah tərəfindən sınaq (xarakteri daşıyan) bir sıra əlamətlər olacaq. Dedim: Nədir onlar?

Dedi: Bu barədə izzət və cəlal sahibi olan Allah buyurur: “Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və məhsulların azlığı ilə imtahan edəcəyik. Səbr edənlərə müjdə ver”. Buyurur: “Sizi… imtahan edəcəyik” yəni möminləri imtahan edəcəyik. “Bir az qorxu ilə…” yəni, Bəni filanın hakimiyyətinin sonunda gələcək hökümdarların qorxusu ilə. “Və aclıqla…” yəni, (onların dövründə) qiymətlərin bahalığı ilə. “Eləcə də mal.. azlığı ilə” yəni, o zamanda ticarətlər xarab olar və ondan çox az gəlir əldə edilər. “Can azlığı ilə…” yəni, sürətli ölümlər baş verər, “və məhsulların azlığı ilə…” yəni, əkilən məhsullar gec artar və meyvənin (bəhrənin) bərəkəti az olar. “Səbr edənlərə müjdə ver” artıq bu zaman Qaim əleyhis-səlam xüruc edəcək.

Sonra mənə dedi: Ey Muhəmməd, onun (Quranın) təvili bax budur. (Allah əzzə və cəllə buyurur: “Onun (Quranın) təvilini yalnız Allah və elmdə çox güclü olanlar bilər”.) (Ğeybət, Şeyx Numani, 132)

Şeyx Numani Əbu Bəsirdən rəvayət edir ki, deyir: Əba Əbdillah (Sadiq) (ə) buyurdu: “Qaimin (ə) qiyamı elə bir ildə baş verəcək ki, həmin zaman insanlar aclıqa düçar olacaq, onlara güclü qətl qorxusu üz gətirəcək (hamı öldürülmək qorxusu ilə yaşayacaq), mal, can və məhsul qıtlıqı ilə qarşılaşacaqlar. Həqiqətən də bu, Allahın kitabında bəyan edilmişdir.

Daha sonra həzrət bu ayəni tilavət etdi: “Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və məhsulların azlığı ilə imtahan edəcəyik. Səbr edənlərə müjdə ver”.”

Həmçinin, Əbu Cəfər Təbəri Muhəmməd ibn Müslimin belə dediyini rəvayət edir ki, Əba Əbdillah (ə) buyurdu: “Həqiqətən də bizim Qaimimizin qiyamının bir sıra əlamətləri var…” Daha sonra yuxarıdakı hədisi qeyd edir. (Dəlailul-imamə, 259)

Əyyaşi öz sənədi ilə (Əbu Həmzə) Somalinin belə dediyini nəql edir: “Əba Cəfər (Baqir) (ə)-dan Allahu-təalanın bu ayəsi barədə soruşdum: “Sizi mütləq bir az qorxu və aclıqla.. imtahan edəcəyik”. Buyurdu: (Ayədə buyurulan aclıq) ümumi və xüsusi aclıq (olaraq iki növdür.) Şamda olacaq aclıq ümumi aclıqdır. Kufədə isə xüsusi aclıq olacaq. Kufədə olacaq aclıq Muhəmməd əleyhis-səlatu vəs-səlam Ailəsinin düşmənlərini əhatə edəcək. Allah onları aclıqla həlak edəcək.

Qorxuya gəlincə isə, o Şama aid olacaq (və oranı əhatə edəcək). Bu qorxu Qaim əleyhis-səlam qiyam etdiyi vaxt baş verəcək. Aclıq isə Qaim əleyhis-səlamın qiyamından əvvəl olacaq. İzzət və cəlal sahibi Allah buyurur: “Sizi mütləq bir az qorxu və aclıqla.. imtahan edəcəyik”. (Təfsir, Əyyaşi, 1/68)  

  

Seyyid Haşim Bəhrani (r.ə), “Əl-məhəccə”

Tərcümə: zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment