İmam Məhdi (ə)-ın zamanında möminlərin vəziyyəti

Bismillahir rəhmanir rəhim

 

Muhəmməd ibn Fuzeylin İmam Rza (ə)-dan belə nəql etdiyi qeyd edilir: “Qaim (ə) qiyam etdiyi zaman Allah mələklərə əmr edəcək ki, möminlərə salam versinlər və onların məclislərində əyləşsinlər. Əgər bir nəfərin bir ehtiyacı olarsa Qaim (ə) mələklərdən birini o şəxsi gətirmək üçün göndərəcək. Mələk o şəxsi götürüb Qaimin (ə) yanına gətirəcək. O onun hacətini aradan qaldıracaq, sonra onu geri qaytaracaq. Bəzi möminlər olacaq ki, buludlarda yol gedəcək. Bəziləri olacaq ki, mələklərlə birgə uçacaq. Bəziləri də mələklərlə birgə piyada yol gedəcək. Bəziləri olacaq ki, mələkləri öndə olacaq. Bəzilərinə isə mələklər (hökm verməsi üçün) müraciət edəcəklər. Həqiqətən də mömin Allah yanında mələkdən daha üstündür. Möminlər içərisində elələri olacaq ki, Qaim (ə) onu yüz min mələyin arasında qazi təyin edəcək”. (Dəlailul-İmamə: 241, İsbatul-Huda: 3/573)

Müfəzzəl ibn Ömərin İmam Sadiq (ə)-dan belə nəql etdiyi rəvayət edilir: “Qaim (ə) qiyam etdiyi zaman mömin bir şəxs havadan quşu (vurub) salacaq, sonra onu kəsib qızardacaq və ətini yeyəcək. Lakin onun sümüyünü sındırmayacaq. Sonra ona deyəcək: Allahın izniylə diril! Quş da dirilib uçacaq. Həmçinin, səhraların ceyranları (ilə də belə olacaq). O dövrdə ölkələrin nuru və işığı olacaq və (insanlar) günəşə və aya ehtiyaclı olmayacaqlar. Yer üzərində zərərli, şər, zəhərli (pis) və fəsad şeylər qətiyyən olmaycaq. Çünki o dəvət səmavi dəvət olacaq, ərəzi (yerə aid olan) deyil. Burada şeytanın nə vəsvəsəsi, nə əməli, nə həsədi və nə də hansısa şər bir işi olmaycaq. Yer üzündə və ağaclarda tikan olmayacaq. Yer daim olduğu kimi qalacaq. Hər vaxt ondan bir şey (bir bitki) götürsələr (çıxarsalar) həmin vaxt o şey bitəcək və əvvəlki halına qayıdacaq. Bir nəfər öz oğluna libas geydirəcək. Sonra o uşaq böyüdükcə həmin libas da böyüyəcək. Onlar o libası geydikdə libas istədikləri və xoşladıqları rəngə düşəcək.. Mələklər möminlərlə görüşəcək, möminlər Allahın izniylə ölüləri dirildəcəklər”. (İsbatul-Huda: 3/573, Hilyətul-Əbrar: 2/635).

 

 

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment