İmam Məhdi (ə)-ın Şeyx Müfidə (r.ə) digər bir məktubu

Bismillahir rəhmanir rəhim

 

Deyilənə görə kənd camaatından olan bir nəfər Şeyxin (r.ə) yanına gəlib ondan hamilə olaraq ölən, lakin bətnindəki uşaq sağ olan qadın barədə soruşur və deyir ki, belə bir qadının qarnını yarıb uşağı çıxarmaq vacibdirmi, yoxsa qadın bari-həmli ilə birgə dəfn edilməlidir? Şeyx cavab verir ki, qadın dəfn edilməlidir. Həmin şəxs qayıdır. Yolla qayıdarkən birdən arxadan bir atlının sürətlə ona tərəf gəldiyini görür. Atlı ona yaxınlaşdığı zaman deyir: Ey kişi, Şeyx dedi ki, qadının bətnini yarın və uşağı çıxarın. Sonra qadını dəfn edin. Həmin şəxs atlının dediyi kimi edir. Elə ki, Şeyxə bu şəxsin başına gələnləri nəql edirlər, deyir: Mən heç kəsi göndərməmişəm. Şübhəsiz ki, o mövlam Sahibəz-zəman (ə) imiş! İndi ki, belədir; şəriət hökmlərində səhv və xətadan amanda deyilik, onda ən yaxşısı budur ki, daha bundan sonra fətva verməyək. Beləliklə qapını bağlayıb evdən çıxır. Bu vaxt “müqəddəs nahiyədən” onun üçün belə bir məktub sadir olur:

Əyyuhəl-Şeyxul-mufid, minkəl-fətva və minnəs-sədid”.

“Ey Şeyx Müfid (ey fayda verən şeyx), səndən fətva, bizdən düzəltmək!”

Bundan sonra Şeyx (r.ə) yenidən fətva verməyə başlayır.

 

 

Məvsuati-təvqiatul-İmamil-Məhdi (ə), Muhəmmədtəqi Əkbər Nejad

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment