İmam Məhdi (ə)-ın hökmü: İrs qanunu

Bismillahir rəhmanir rəhim

 

Bəzi rəvayətlərdə İmam Məhdi (ə)-ın yeni hökmlər gətirəcəyi bəyan olunmuşdur. Aşağıdakı hədislər də belələrinə misaldır:

1-İmam Museyi-Kazım (ə) buyurur: “Allahu-təala ruhları bədənləri yaratmazdan iki min il qabaq yaratdı. Bundan sonra bədənləri yaratdı. Onlardan hansıları səmada bir-birləri ilə tanış oldularsa (bir-birlərinə yaxınlaşdılarsa), yerdə də tanış oldular. Hansılar da səmada bir-birlərindən uzaq durdularsa, yerdə də uzaq durdular. Qaim (ə) qiyam etdiyi zaman, din qardaşı (digər) din qardaşından irs aparacaq. Lakin (elə də olacaq ki) doğma qardaş öz qardaşından irs apara bilməyəcək. Bu Allahın (ə.c) öz kitabında buyurduğu bu sözdür: Möminlər nicat tapmışdır.. Sur çalınacağı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar (Muminun surəsi, 101)” (Dəlailul-İmamə: 260).

2-İmam Sadiq (ə) buyurur: “Allahu-təala cisimləri yaratmazdan iki min il qabaq kölgələr (aləmində) ruhları bir-birləri ilə qardaş etdi. Bizim Qaimimiz (ə) qiyam etdiyi zaman Allahu-təalanın kölgələr (aləmində) qardaş etdiyi qardaşlar bir-birlərindən irs aparacaqlar. Lakin doğma qardaş irs apara bilməyəcək” (əl-Əqaid (Şeyx Səduq): 76).

 

Tədqiq: Zuhuradogru.org

Leave a Comment