Bismillahir Rəhmanir Rəhim
1-“Əqdud-dürər” kitabında (s.41) Haris ibn Muğirə Ən-Nəzridən nəql edilir ki, deyir: Əba Əbdillah Hüseyn (ə)-a dedim:hidayət edən imam (İmam Məhdi (ə)) nə ilə tanınar? Buyurdu: “Aramlıq və vüqarla”. Dedim: (Başqa) nə ilə tanınar? Buyurdu: “Halal və haramı tanımasıyla, insanların ona möhtac olması və onun heç kəsə ehtiyacı olmaması ilə”.
2-“Əqdud-dürər” kitabında (s.228) Əba Əbdillah Hüseyn (ə)-dan bir hədisdə belə nəql edilir:
“Məhdinin çıxması üçün niyə belə tələsirsiniz? And olsun Allaha ki, onun libası qalın, yeməyi isə yalnız arpa çörəyi olacaq. Yalnız qılıncla (davranacaq) və ölüm onun qılıncı altında olacaq”.
3-“Əl-burhan” kitabında (s.115) Əba Əbdillah Hüseyn (ə)-dan nəql edilir: “Kufə məsçidinin Abdullah ibn Məsudun evi tərəfdə olan divarı uçduğu zaman qövmün hökümdarı aradan gedəcək.[1] Onun hakimiyyətdən getməsi ilə isə Məhdi (ə) xüruc edəcək”.
4-“Əqdud-dürər” kitabında (s.106) Əba Əbdillah Hüseyn (ə)-dan nəql edilir: “Əgər -şərq tərəfdə səmada gecəni aydınladan böyük bir əlamət – alov görsəniz, (bilin ki, artıq) insanların fərəcinin və Məhdinin (ə) gəlişinin vaxtıdır”.
5-“Əqdud-dürər” kitabında (171) Əba Əbdillah Hüseyn (ə)-dan nəql edilir: “Bacardığınız qədər yaxşılıq edin, and olsun dənəni yarana və ruh verənə ki, sizin üçün elə bir vaxt gələcək ki, heç bir kəs öz dinar və dirhəmi üçün (sədəqə verəcək) yer tapmayacaq. Bu mənada ki, Məhdi (ə) zühur edən zaman Allahın və vəlisinin fəzli sayəsində heç bir kəs bu (pulları) xərcləyəcək bir yer tapmayacaq”.
[1] Həmin vaxt Kufə və ya İraq camaatına hökümdarlıq edən şəxs.
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.