Bismillahir rəhmanir rəhim
Atası İmam Həsən Əsgəri (ə) hələ sağ ikən İmam Məhdi (ə)-ı bir çox şəxslər və səhabələr görə bilmişlər. Bu müddət ərzində o həzrəti (ə) müxtəlif təbəqədən olan insanlar görmüşdür. Biz bu yazımızda İmam Əsgəri (ə)-ın evində xidmətçi və kəniz olan şəxslərdən İmam Məhdi (ə)-ı görənlər barədə danışacağıq.
Xidmətçi və kənizlərdən həzrəti Məhdini (ə) görən kəslərə misal olaraq aşağıdakıları göstərə bilərik:
Xidmətçi Əbu Nəsr (Kafi: 1/332, hədis 13).
İbrahim ibn Ubdə ən-Nişapurinin xidmətçisi olan xanım. Bu xanım öz ağası ilə birgə İmam Məhdi (ə)-ı görə bilmişdir (əl-Ğeybə: 256, hədis 231).
Xidmətçi Əbul-Ədyan (Kəmalud-Din: 2/475, hədis 25-dən sonra).
Xidmətçi Əbu Ğanim. Əbu Ğanimin belə dediyi rəvayət olunur: “Əbu Muhəmməd (ə)-ın bir övladı dünyaya gəldi ki, adını Muhəmməd qoydu. Dünyaya gəldiyi üçüncü gündə onu öz səhabələrinə göstərdi və dedi: Bu məndən sonra sizin sahibinizdir və sizin üzərinizdə xəlifəmdir. Bu həmin Qaimdir ki, intizarla boyunlarınızı ona tərəf uzadacaqsınız (onu gözləyəcəksiniz). Yer üzü haqsızlıq və zülmlə dolduqdan sonra zühur edib onu düzlük və ədalətlə dolduracaq”(Kəmalud-Din: 2/431, hədis 8).
Xidmətçi Əqid (Kəmalud-Din: 2/474).
Qoca xadimə (əl-Ğeybə: 273-276).
Əbu Əli əl-Xeyzəraninin İmam Əsgəri (ə)-a hədiyyə etdiyi kəniz (Kəmalud-Din: 2/431, hədis 7).
Xadimə Nəsim: Nəsim deyir: Bu işin sahibi (ə) dünyaya gəldikdən bir gecə sonra onun yanına getmişdim. Həmin vaxt mən asqırdım və o mənə dedi: Yərhamukillah. (Allah sənə rəhmət etsin). Nəsim deyir: Mən buna eşidib sevindim. Sonra o mənə dedi: Asqırmaqla bağlı sənə bir müjdə verimmi? Dedim: Bəli. Buyurdu: Asqırmaq üç gün ölümdən amanda qalmaqdır. (Kəmalud-Din: 2/441, hədis 11)
Xadimə Mariya (Kəmalud-Din: 2/430, hədis 5).
İmam Hadi (ə)-ın aşpazı Məsrur (Kəmalud-Din: 2/442, hədis 16).
Tədqiq: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.