İmam Məhdi (ə.f) nə vaxt zühur edəcək?

Bismillahir Rəhmanir Rəhim

Zühur üçün bir zaman təyin edilməmişdir. Hətta imamlar zühur vaxtını təyin edənləri təkzib etmişlər. Məsələn Fuzeyl belə deyir: İmam Museyi Kazimdən (ə) “Mehdinin zühurunun müəyyən bir tarixi vardırmı?” deyə soruşdum. üç dəfə belə buyurdu: “Hər kim zühurun vaxtını təyin etsə yalan danışmışdır.” [1]

Əbdürrəhman b. Kəsr belə deyir: “İmam Sadiqin (ə) hüzurunda ikən Mühəzzimi Əsədi otağa girərək belə dedi: “Qurban olum sənə, Hz. Mehdinin qıyamı və Haqq dövlətinin quruluşu nə vaxt olacaq?” İmam ona belə dedi: “Zühur vaxtını təyin edənlər yalan danışır. Tələsik edənlər həlak olar və təslim olanlar qurtuluşa çatar və bizə dönərlər.” [2]

Məhəmməd b. Müslimdə belə deyir: İmam Sadiq (ə) mənə belə buyurdu: “Hər kim sənə zühurun vaxtını söyləsə dərhal onu təkzib et. Çünki biz zühur üçün bir zaman təyin etmirik.” [3] Bu anlamada on hədis daha nəql edilmişdir.

Bu qədər  hədisdən də aydın olmaqdadır ki İmamı Zamanın zühuru üçün nə peyğəmbərlər və nə də imamlar vaxt təyin etməmişdir. Beləcə hər cür sui-istifadənin önü alınmışdır. O halda zühur vaxtı təyin edən bir hədis nəql etsələr, əgər şərh edilərsə şərh edilməlidir. Əks halda ya susulmalı ya da təkzib edilməlidir. Əbu Səidi Məhzumidən zəif və mücməl bir hədis nəql edilmişdir ki, “Qaimimiz, Əlif lam Rə də qiyam edəcək” deyilməkdədir.

 

[1]  Bihar-ul Ənvar, c. 52, s. 103.

[2] Bihar-ul Ənvar, c. 52, s. 103.

[3] Bihar-ul Ənvar, c. 52, s. 104-117.

 

“Imam Mehdinin (ə.f) zühuru” kitabından
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment