İmam Məhdi (ə) Aşura günündə zühur edəcək

Bismillahir rəhmanir rəhim

 

(Kəmalud-din: 2/653): “Əbu Bəsir deyir: Əbu Cəfər (ə) buyurdu: Qaim (ə) həftənin altıncı günü, Hüseyn (ə)-ın qətlə yetirildiyi Aşura günündə zühur edəcək”.

(Təhzib: 4/300): “Kəsirun-nəva deyir: Əbu Cəfər (ə) Aşura günü barədə buyurdu: …Bu o gündür ki, Qaim (ə) bu gündə qiyam edəcək”.

(İrşad: 361): “Əbu Bəsir deyir: Əbu Cəfər (ə) buyurdu: (Ramazan ayının) iyirmi üçüncü gecəsində Qaimin (ə) adı ilə nida ediləcək. O Aşura günündə qiyam edəcək. O həmin gündür ki, Hüseyn ibn Əli (ə) o gündə qətlə yetirilib. Sanki mən Muhərrəmin həftənin altıncı gününə (təsadüf edən) onuncu günündə onu görürəm ki, rükn ilə məqam arasında dayanıb. Cəbrail onun sağında dayanıb “Allaha beyət” -deyə səslənir. Şiələri yerin hər bir yerindən sürətlə ona tərəf gəlirlər və ona beyət edirlər. Bundan sonra o yer üzünü haqsızlıq və zülmlə dolduğu kimi ədalətlə doldurur”.

(Qeybəti-Tusi: 274): “Əbu Cəfər (ə) buyurdu: Sanki mən Qaimi (ə) görürəm ki, altıncı günə təsadüf edən Aşura günündə rükn və məqam arasında dayanıb və Cəbrail (ə) da onun önündə durub belə səslənir: “Allaha beyət”. O da yer üzünü haqsızlıq və zülmlə dolduğu kimi ədalətlə doldurur”.

(Qeybəti-Numani: 282): “Əbu Bəsir deyir: Əba Əbdillah (ə) buyurdu: Qaim Aşura günüdə qiyam edəcək”.

(Təhzib: 4/333): “Qaim Hüseyn (ə)-ın qətlə yetirildiyi Aşura günündə zühur edəcək. Bəni-Şeybənin əllərini kəsib Kəbədən asacaq”.

Həmçinin, aşağıdakı mənbələrdə bu barədə hədislər gəlmişdir: Rəvzətul-Vaizin: 263, İlamul-Vəra: 430, Məlahimu Seyyid İbn Tavus: 194, Kəşfül-Ğummə: 3/252, Əl-İdədul-Qəviyyə: 65, İsbatul-Huda: 3/491 və s.

Zühurun Novruz günündə olacağını bildirən rəvayət:

(Muhəzzəbul-Bari: 1/194): “Müəlla ibn Xuneys deyir: İmam Sadiq (ə) buyurdu: (Novruz) o gündür ki, biz Əhli-Beytin və vəliyyi-əmrlərin Qaimi (ə) bu gündə zühur edəcək. Allah onu Dəccala qalib edəcək. O Dəccalı Kufənin Kinasəsində dara çəkəcək. Elə bir Novruz yoxdur ki, biz o gündə fərəcin baş verməsini gözləməyək. Çünki o bizim günlərimizdəndir. Farslar onu qorudular, siz isə onu itirdiniz (zay etdiniz)”. 

Deyirəm: Əhli-Beyt (ə)-dan təvatürlə nəql olunmuşdur ki, İmamın (ə.f) zühur günü Aşura günündə, bəzi hədislərdə də həftənin altıncı gününə təsadüf edən Aşura günündə olacaq. Bu hədislərin bəzilərindən belə başa düşülür ki, zühur ya yayda, ya da payızda olacaq. Bu isə Azər ayına (bahar fəslinə) təsadüf edən Novruz günü ilə üst-üstə düşmür.

 

Şeyx Əli əl-Kəvrani, “Əl-Muəcmul-Məvzui”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment