Bismillahir rəhmanir rəhim
İmam Sadiq (ə) buyurur: “Biz Əhli-Beytin Qaimi (ə) qorxu-hürkü ilə dəstəklənəcək” (Müstədrək: 12/335).
Yenə digər yerdə bu barədə belə buyurur: “Allahu-təala Qaimi (ə) üç qoşunla dəstəkləyəcək: mələklər, möminlər və qorxu (qoşunları) ilə” (Bihar: 52/356).
Bu və bu kimi digər rəvayətlərdən belə məlum olur ki, İmam Məhdi (ə)-ın getmək istədiyi hər bir yerdə düşmənləri vəhşətə gələcək və onun qoşunu ilə üzləşməkdən qorxuya düşəcəklər. Bu qorxu səbəbindən də asanlıqla məğlub olacaqlar və Allahın qələbəsi möminlərə məxsus olacaq. Eyniylə Bədr döyüşündə olduğu kimi. Belə ki, o zaman da Allahu-təala möminlərə qorxu ilə yardım etmişdi; düşmənləri olan müşriklərin qəlblərinə qorxu salmış və beləliklə də şanlı zəfər müsəlmanlara nəsib olmuşdu. Allahu-təala buyurur: “Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Mö’minlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. ” (Ənfal surəsi, 12).
Tədqiq: Zuhuradogru.org