Bismillahir Rəhmanir Rəhim
Hz. İmam Həsən Əsgəri (ə.s) Musa b. Cəfəri Bağdadiyə belə buyurmuşdur: “Sanki sizlərin qəyyumum barəsində ixtilafa düşdüyünüzü görürəm. Bilin ki Hz. Peyğəmbərdən (s. a. a) sonrakı imamları qəbul edən, amma oğlumun imamlığını qəbul etməyən kimsə bütün peyğəmbərləri qəbul edən, amma Hz. Rəsulullahın (s. a. a) peyğəmbərliyini qəbul etməyən kimsə kimidir. Halbuki Rəsulullahın peyğəmbərliyini inkar edən bütün peyğəmbərləri inkar etmiş deməkdir. Son imama itaət də ilk imama itaət kimidir, o halda son imamı inkar edən, ilk imamı da inkar etmiş sayılır. Bilin ki, oğlumun qeybəti çox uzun çəkəəck. Belə ki, imanlarını Allahın qoruduğu kəslər xaricində bütün insanlar bu barədə şübhəyə düşəcəklər”. [1]
[1] – Bihar-ul Ənvar, c. 51, s. 160; İsbat-ul Hudat, c. 6, s. 427.
Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.