Bir millət vəkilinə yəqin ki qanunları xatırlatmaq yersiz olardı. Artıq illərdir ki, öz əsl vəzifəsini unudaraq, sosial şəbəkələrdə gecə yarısınacan insanlarla söz güləşdirən Fazil Mustafa dəfələrlə insanları hədələyib, onları qorxutmağı da gözümüzdən yayınmayıb. Diqqətlə oxuyun, biz millət vəkilindən danışırıq. Millətin vəkili, milləti necə təhqir etməsi həmişə göz qabağında olub. Ona qarşı səslənən fikirlərə tənqidi yanaşmaq əvəzinə təhqir metoduna əl atması sözsüz ki, onun acizliyinə bariz nümunədir. Artıq hər kəs onun həmişə əl atdığı və illərlə istifadə etdiyi üsluba yaxşı bələddir. Bu üslub onun özünü də gülünc vəziyyətə salır. Görəsən fərqindədirmi? Onun məntiqinə görə ona qarşı çıxan hər kəs İran agentidir filan. Yəqin özü də adət edib bu sözləri istifadə etməyə.
Məhərrəm ayında dəyərli ilahiyyatçı Famil Şirvanovun yazdığı bir yazı nədənsə Fazilə od qoyub.
Famil Şirvanovun mətbuatda yayılan yazısı ilə tanış olaq:
“Kərbəla kimin kim olduğunu göstərən bir həqiqətdir”
“Kərbəla kimin kim olduğunu göstərən bir həqiqətdir. Özünü tanımaq istəyən Aşura mərasimini gözləməli, içindən keçən hissləri analiz edərək, kimliyini müəyyən etməlidir. Əgər başqalarını tanımaq istəyirsizsə, o zaman yenə Aşuranı gözləyin və insanların imam Hüseyn (ə) –a olan münasibətini öyrənin”.
İslaminSesi xəbər verir ki, bu fikirləri öz şəxsi Facebook səhifəsində şərqşünas Famil Burxanoğlu paylaşıb. O , bildirib ki, Kərbəlanın ən böyük özəlliyi gizli düşmənçilikləri, məkrləri, kimlikləri, xislətləri, üzə çıxarmasıdır. Yəni Kərbəla ilə bağlı səsləndirilən fikirlərdə, müsahibələrdə, çıxışlada insanların əsl simalarını görmək mümkündür.
Famil Burxanoğlu paylaşımında bəzi şəxslərin Aşura haqda fikirlərini də əks etdirib. Məsələn Kərbəla faciəsinin, deputat Fazil Mustafanın kimliyini çoxdan ortaya çıxardığını bildirib: “İki il bundan qabaq Əli Nağıyev bir müsahibə verdi. Yəni bu adamın vəhhabi kimliyini məhz Aşura üzə çıxardı. Bu xalqa, bu millətə, bu dövlətə Aşura ona görə çox lazımdır ki, kimin havasının haradan gəldiyi ortaya çıxsın. Bu il millət vəkili Zahid Oruc “Məhhərrəm” oğlu da vəhabilərdən yox, vəhabi zehniyyətinə, radikalizmə, təkfirçiliyə, terrorizmə qarşı olan, yalnız eşq, səmimiyyət, insanpərvərlik, insansevərlik, son damla qana qədər müharibə və qarşıdurmadan qaçma aşılayan Aşura məktəbini hədəfə aldı, Suriyaya gedənlərin sanki Aşuraçılar olduğu mesajını verdi”…
Şərqşünasın sözlərinə görə, bəzi yazar və jurnalistlərdən danışmağa isə ehtiyac yoxdur. Çünki ailələrini dolandırmalıdırlar. Vəhhabilərin də ki, pulu çoxdur. Ya birbaşa, ya da dolayı yolla öz muzdurlarını təmin edirlər. Vəhhabi təfəkkürünün çox yuxarılara qədər sirayət etməsi ciddi siqnaldır. Bu qədər ciddi təhlükə olduqları halda, əl-qollarını sallayıb gəzir, istədiklərini edirlər. Kimdir bunlara göz yumduran, kimdir onlara gözün üstə qaşın var deməyə qoymayanlar”?
Qeyd: Aşuranın ən son damla qana qədər qırğından qaçmanı aşılayan çox faktları var. Ən böyük fakt İmam Hüseynin (ə) altı aylıq körpəsini qarşı tərəfin önünə çıxarmasıdır. Əli Nağıyevlər, Zahid Oruclar, Fazil Mustafalar bunu görmürlərsə, deməli, gözlərini kimlərsə və nələrsə örtüb. Aşura mərasimlərinə gələnlər bunu öyrənir: Ən son damla qana qədər qarşıdurmalardan uzaq olmaq lazımdır!”
Bu yazıdan hiddətlənən millət vəkili yenə də öz köhnə adətinə – TƏHQİRƏ, qarşı tərəfi – iRAN AGENTİ adlndırmağa başaldı və belə bir mənzərə yarandı.
Bu sözlər millətin vəkilinə yaraşarmı? Bu sözlərin yiyəsi sadə ədəb ərkan qaydalarına belə riayət etmir. Təhqir, Söyüş millət vəkilinin gündəlik istifadə etdiyi sözlərdəndir. Bir millət vəkili bu qədər ədəb və əxalaqdan uzaq düşürsə niyə rəsmi orqanlar bu ünsürlərin iplərini yığmır? Bir millətin ziyalısı, alimi belə təhqir olunursa biz bu cəmiyyətə nə vəd verə bilərik? Bəli, Famil Şirvanovun dediyi kimi “Kərbəla kimin kim olduğunu göstərən bir həqiqətdir”
Və bu məktəb Fazillərin, Elşad Mirilərin, Əli Nağıyevlərin, Zahid Orucların, Orduxanların əsl simasını bu xalqa göstərdi və göstərməyə davam edəcəkdir.