İlk rəcət edən şəxs

Bismillahir Rəhmanir Rəhim

 Əhli-beyt imamları olan on iki İmamın (ə) dünyaya qayıtması (rəcəti), ölülər içərisində xalis imana və xalis küfrə sahib olanların rəcəti, Əhli-Beyt (ə) düşmənlərinin qayıdışı, Həzrəti Höccətin (ə.f) zamanında Əhli-Beyt imamlarından (ə) rəcət edən ilk şəxsin həzrəti Hüseyn ibn Əli (ə) olması və həzrəti Höccətdən (ə.f) sonra imamın o həzrət (ə) olması, həzrəti Hüseyn (ə)-dan sonra Əli ibni Əbi Talibin (ə) qayıtması və nəhayət on ikinci İmamın (ə) vəfatından sonra on iki Əhli-Beyt İmamının hamısının (ə) dünyaya qayıtması ilə bağlı olan rəvayətlərin sayı yüzlərlə ölçülür. Əllamə Məclisinin, onun tələbəsi “Əvalim”-in müəllifinin, Əstərabadinin və digər bir çox alimin nəql etdiklərini nəzərə almadan deyə bilərik ki, təkcə Hürr Amulinin bu barədə “Əl-iyqaz minəl-həc`ə” kitabında qeyd etdiyi hədislərin sayı altı yüzdən artıqdır. Bu hədisləri dəqiq şəkildə saymaq istəsək o zaman bu rəqəm minlərlə olacaq.

Belə hədislərdən nümunə olaraq İmam Hüseyn (ə)-ın rəcəti ilə bağlı bir neçə hədisə nəzər salaq:

1-“Müxtəsəru bəsairid-dərəcat” kitabında Əhməd ibn Muhəmməd ibn İsadan, o Ömər ibn Əbdül-Əzizdən, o başqa bir şəxsdən, o Cəmil ibn Dərracdan, o Müəlla ibn Xüneys və Zeyd Şəhhamdan, onlar da Əba Əbdillah Sadiq (ə)-dan nəql edirlər ki, həzrət dedi: “İlk rəcət edən şəxs Hüseyn ibn Əli (ə)-dır. O qırx il yer üzündə qalacaq, ta ki, qaşları gözlərinin üstünə düşəcək (qocalacaq)”.   

2-Yenə “Müxtəsəru bəsairid-dərəcat” kitabında Əyyub ibn Nuh və Hüseyn ibn Əli ibn Abdullah ibn Müğirədən, onlar Abbas ibn Amir Qəsbanidən, o Səiddən, o Davud ibn Raşiddən, o Humran ibn Əyəndən nəql edir ki, dedi: Əbu Cəfər (Baqir) (ə) buyurdu: “İlk qayıdacaq şəxs sizin qonşunuz Hüseyn ibn Əlidir. O qədər hakimiyyət edəcək ki, hətta qocalıqdan qaşları gözlərinin üstünə düşəcək”. (Müxtəsəru bəsairid-dərəcat, 27-28)

3-Kafidə (c.8, s.206, h.250) rəvayət edilir ki: “Ona (həzrəti Məhdiyə (ə)) qüsul verib kəfənləyən, hənutlayan və onu qəbrinə qoyan şəxs Hüseyn ibni Əlidir”.

4-“Müxtəsəru bəsairid-dərəcat” kitabında  Əba Əbdillah (ə)-dan nəql edilir: “Hüseyn (ə) onunla birgə qətlə yetirilən əshabı ilə birlikdə gələr. Onun yanında Musa ibn İmranla (ə) birlikdə qalxan (dirilən) yetmiş nəfər peyğəmbər olar. Qaim (ə) üzüyü ona (həzrəti Hüseynə (ə)) verər. Ondan (ə.f) sonra onun qüsul, kəfən, hənut işini həzrəti Hüseyn (ə) yerinə yetirər və onu qəbrinə qoyar”. (Müxtəsəru bəsairid-dərəcat, 48-49, Bihar, 53/103, h.140)

 

Şeyx Muhəmməd Sənəd Bəhrani, “Əl-Məhdiyyunəl-İsna Əşər”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment