İlahi insan Mərhum Hişmətpur haqqında xatirə

Bismillahir Rəhmanir Rəhim

Böyük insan hacı ağa Hişmətpur dövrünün arif insanlarından olmuşdur. Maraqlıdır ki, müasirləri onun məqamından xəbərsiz qalmışlar. Öncə Tehranda yaşayan ruhani sonralar müqəddəs Məşhəd şəhərinə köçmüşdür. Alim buyurur: “Məşhəddə Gövhərşad məscidinin eyvanında xəlvət bir yerdə namaz qılırdım. Bir gecə namaza başlamaq üçün “Allahu-əkbər” deyəndə hiss etdim ki, arxamda kimsə təkbir deyib iqtida edir. Mən namazımı saxlayıb ona etiraz edə bilməzdim. Amma qəlbən bu işə razı deyildim. Namazı qılıb geri dönəndə Əllamə Təbatəbaini gördüm. Dedim ki, sizin mənə iqtida etməyiniz ürəyimdən deyil. Buyurdu: “Məgər imamın razılığı camaat namazı üçün şərtdirmi?!” Dedim mən gizli gəlirəm ki, kimsə başa düşməsin. Əllamə buyurdu ki, sizin gizli gəldiyinizi bildiyimdən burada gizlənmişdim.” Ağa Əllamə Təbatəbainin dostlarından idi. O çox insanlarla tanış idi. Amma ağa Fəyyazi adlı bir həmədanlı ilə daha yaxın idi. Bir dəfə mərhum Hişmətpur belə nəql etdi: Həmədanda ağa Fəyyazinin dərsi olardı. Bir dəfə dərs zamanı başındakı əmmaməni çıxarıb isti sobaya qoydu. Dərsini qurtardıqdan sonra sobanın ağzını açıb əmmaməsini qoyduğu vəziyyətdə götürdü. Bu hadisə bizi çox heyrətə gətirdi. Başa düşdük ki, bu insan adi insan deyil.

Ayətullah Haşimi Şahrudi Məşhədə birlikdə getdiyimiz vaxt deyərdi: “Zəng vuraq, ağadan vaxt alaq, bir gecə onun görüşünə gedək. Ağa Hişmətpurun bir baxışına cənab Şahrudi də şahiddir. Bir dəfə onun yanında olduğumuz vaxt məlum oldu ki, hacı ağa Hişmətpur iyirmi iki il onun evində olan gəlininin çöhrəsini görməyib. Ayətullah Şahrudi dedi: “Ağa məgər qaynatanın gəlinin üzünü görməsi eybdirmi?” Ağa buyurdu: “Məgər gəlinin üzünü görmək vacibdirmi?!”

 

Məhəmməd Cavad Nurməhəmmədi, Ariflərdən

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment