Bismilləhir Rahmənir Rahim
Hz.Məhdinin (ə.f) ikinci naibinin dövründə (Muhəmməd ibn Osman. H. 265-305) bəziləri İmam Məhdinin (ə.f) qeybətindən istifadə edərək özlərini İmam Məhdinin (ə.f) naibi kimi tanıtdırmışdılar. Bu yolla ictimai bir şöhrət və mövqeyə çatıb şiələrin İmam Məhdi (ə.f) adına verdikləri malları şəri icazələri olmadan istifadə etmək istəyirdilər. Bu vəziyyət qarşısında Məhəmməd ibn Osmanın vəzifələrindən biri, yalan yerə naiblik iddiasında olanları ifşa etmək və digər tərəfdən də öz naibliyini isbat edib, şiələrə bu mövzuda güvən vermək idi. Məhəmməd ibn Osmanın naiblərdən olduğuna dair dəlillərdən biri, Hz.Məhdidən (ə.f) gətirdiyi məktublar və göstərdiyi bəzi kəramətlər olmuşdur. Biz burada ikinci naibdən nəql edilən bir kəraməti nəql edirik: Əbu Cəfər Məhəmməd ibn Osmanın qızı Ümmü Gülsüm belə deyir: Bir gün, Qum və ətrafından, İmama (ə.f) verilməsi lazım olan bir miqdar malı Məhəmməd ibn Osmanın yanına gətirmişdilər. Malları gətirən şəxs, Bağdada gəlib, göndərilən malları Məhəmməd ibn Osmana təslim etdikdən sonra, geri qayıdacaqları vaxt Məhəmməd ibn Osman malları gətirən şəxsə belə dedi: “əmanətin biri qaldı, onu vermədin. O haradadır? “O da:” Yanımda bir şey qalmadı, hamısını verdim. “Məhəmməd ibn Osman da “Xeyr vermədin, bir şey qaldı. Get yanında nə varsa axtar və sənə nə verdiklərini düşün. “O adam da gedib bir neçə gün düşündü, əşyalarını axtardı, amma bir şey tapa bilmədi. Yoldaşlarının da xəbəri yox idi. Məhəmməd ibn Osmanın yanına gəlib, “Mənə nə verdilərsə hamısını sizə təslim etdim, yanımda başqa bir şey yoxdur” dedi. Məhəmməd ibn Osman ona belə dedi: “Buyurdu ki, (yəni Hz. Məhdi (ə.f) buyurdu): Filan oğlu, filanın verdiyi iki paltar əlimizə gəlib çatmadı.” O şəxs də belə cavab verdi: “Bəli, Allaha and olsun elədir. Amma bu anda onları hara buraxdığımı bilmirəm. ” Sonra qaldığı yerə döndü. Yanında nə varsa yenidən nəzərdən keçirdi. Yoldaşlarına da əşyalarını axtarmağı söylədi. Onlar da bir şey tapa bilmədilər. Təkrar Məhəmməd ibn Osmanın yanına gəldi. Hadisəni ona izah etdi. Məhəmməd ibn Osman ona belə dedi: “Buyurdu (yəni Hz.Məhdi (ə.f) buyurdu):” Pambıq satan Filankəsin oğlu filankəsin yanına get. Onun pambıq anbarında iki paket pambıq aparmısan. Onlardan üzərinə bu ibarə yazılı olanı aç. İki dəst paltar görəcəksən. “O adam, Məhəmməd ibn Osmanın dediklərinə çox təəccüb etdi. Dərhal sözü gedən yerə getdi və işarəli olanı açdı. Pambıqların içində gizli olan paltarları tapdı. Onları götürüb, Məhəmməd ibn Osmanın yanına gətirdi və ona təslim edib belə dedi: “Onlar tamamilə ağlımdan çıxmışdı, çünki zibil paketini bağladığımda bunları gizli qalsınlar deyə pambıqların içinə qoymuşdum.”
“İmam Məhdinin (ə.f) xass naibləri” kitabından
Tərcümə: zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.