“Əllamə Hilli özünün “Minhacul-Kəramət fi İsbatil-İmamət” kitabını yazdıqdan sonra, İbn Teymiyyə buna cavab olaraq “Minhacus-Sünnə” kitabını yazdı. Öz fikirincə guya Əllaməyə cavab yazmışdı – (və İbn Teymiyyə öz böhtan dolu kitabında Əllaməni “İbn Münəccis” adlandırmışdı… Təqiyyuddin Sübki də İbn Teymiyyənin bu söyüşlə dolu cavabını öz şerində pisləyərək demişdi ki, “əgər cavabın varsa, ver, yoxsa, söyüş aciz insanların işidir… Söyüş öz sahibinin sifətinə çırpılar…”).
“Minhacus-sünnə” Əllamə Hilliyə çatanda O və digərləri də bu kitaba şer ilə cavab vermiş və İbn Teymiyyəni “anlamaz” adlandırmışdılar.
İbn Həcər bu məsələyə işarə edərək deyir: “İbn Teymiyyənin bəzi kitabları Əllamə Hillinin əlinə çatdıqda dedi: “Əgər İbn Teymiyyə mən deyənləri anlasaydı ona cavab yazardım!””. – (Lisanul-Mizan, 2/317).
Səxavi deyir ki, bir dəfə İbn Teymiyyə “Həcc”də bir alim ilə söhbət edir və alimin elminin qarşısında aciz və çıxılmaz vəziyyətdə qalır.
Və çığırır: Ey kişi! Sən kimsən?
Əllamə Hilli cavab verir: “Sənin İbn Münəccis adlandırdığın!”. – (“Əd-dürərul-Kaminə”, Səxavi, 2/71;).