Hz.Məhdinin (ə.f) köməkçiləri

Bismillahir Rəhmanir Rəhim 

1. Həzrəti Məhdinin (ə.f) ənsarı və köməkçiləri gündüzlər şir kimi, gecələr isə abid olarlar. Nə əvvəldəkilər onları keçə bilər, nə də sondakılar onlara çata bilər. Onların adları yer üzündə bilinməz, şəxsiyyətləri tanınmaz.

Hüzeyfədən nəql edilir ki, deyir: Allah Rəsulunun (s) belə buyurduğunu eşitdim: “Qaimin zühur vaxtı çatanda səmadan bir nida edən belə səslənəcək: “Ey insanlar, zalımların (sizin üzərinizdə olan hakimiyyət) müddəti bitdi. (Bu) işin sahibi, Muhəmməd ümmətinin ən xeyirlisidir, Məkkədə ona qoşulun! Beləcə Misirdən nəcib şəxslər, Şamdan böyük (məqamlı) şəxslər və İraq dəstələri çıxıb (o həzrətə qoşularlar). Onlar gecələrin abidləri, gündüzlərin şirləridirlər. Qəlbləri dəmir parçası kimidir, onlar onunla (ə.f) rükn və məqam arasında beyət edərlər”. (“Əl-İxtisas”, 209)

Mədaini özünün “Siffin” kitabında yazır: Nəhrəvan döyüşü bitdikdən sonra Əli (ə) bir xütbə etdi və bəzi məsələlərə toxundu. Dedi: “Ey kənizlərin ən yaxşısının oğlu, nə zamana qədər gözləyəcəksən?! Mərhəmətli olan rəbb tərəfdən yaxın bir qələbə müjdəsi verirəm. Bilin, vay olsun həsəd aparanların biçildiyi və fasiqlərin öldürüldüyü bir vaxtda mütəkəbbir və uca ərş sahibinə asi olan kəslərin halına!

Atam-anam qurban olsun o az dəstəyə.. Onların adları yer üzündə məchul qalar,  o zaman onların zühur vaxtı çatar..” (“Siffin”, Mədaini, 3/434)

2. Mələklər də həzrəti Məhdinin (ə.f) köməkçiləri və yardımçılarındandır.

Allah Rəsulundan  (s) varid olan bir hədisdə buyurulur ki, “Əgər dünyanın sonuna bircə gün belə qalmış olsa, Allah o günü o, qədər uzadar  ki, mənim Əhli-beytimdən olan bir şəxs onlara tərəf gələr. Mələklər onun önündə olarlar və o İslamı zahir edər”. (“Tuhfətul-əşraf”, 9/428, “Mu`cəm əhadisil-Məhdi”, 1/156, hədis 84)

Həmçinin: “Məhdi ilə rükn və məqam arasında beyət edilər. Bundan sonra o, Şama tərəf yola düşər. Bu zaman Cəbrail önündə, Mikayıl arxasında olar..” (“Əl-Ətrul-vardi”, 64, “Mu`cəm əhadisil-Məhdi”, 1/504, hədis 345-dəki kimi)

“Əl-İsaə”, Seyyid Əhməd İşkuri

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment