Hz. Məhdinin (ə.f) evi

Bismillahir rəhmanir rəhim

İmam Mehdinin (ə.f) evi təyin edilməmişdir. Ehtimalla müəyyən və sabit bir evi yoxdur. Xalq arasında tanınmaz bir şəkildə yaşamaqdadır. Uzaq bir bölgədə iqamət edir də ola bilər. Hədislərdə həcc mövsümündə həcc mərasimlərinə qatıldığı, xalqın önu tanımadığı, amma onun insanları tanıdığı yer almışdır. [1]

Hz.Mehdinin (ə.f) Samirra şəhərində özünə isnad edilən və ziyarət məhəlli olan bir sərdabədə qeybə çəkildiyinə və oradan qiyam edəcəyinə dair uydurma rəvayətlər də vardır. Bunu eşidən hər kəs haqlı olaraq belə deməkdədir: Əgər o sərdabədədirsə nə üçün görülmür? Kim ona yemək və su aparmaqdadır? Nə üçün oradan çıxmamaqdadır? Ərəb şairlərindən biri bu məzmunda bir şeir yazmışdır: “Görəsən sizin insan olaraq adlandırdığınız kimsəni sərdabənin çölə çıxarmasının zamanı gəlmədimi? Təəssüflər olsun sizə nəhəng və zümrüd quşunun xaricində üçüncü xəyali bir şeyə də inanırsınız?”

  Yalan olan bu isnad da yenə inad üzrə edilmişdir. Şiənin bu uydurma xəbəri rədd etdiyi bilinməkdədir. Heç bir hədisdə İmamın sərdabədə yaşadığı deyilməmişdir. Şiə alimlərinin heç birisi belə deməmiş hətta bəzi rəvayətlərdə açıq bir şəkildə, İmamın xalq arasında yaşadığı yer almışdır. Südeyri Sayrəfi İmam Sadiqdən (ə) belə rəvayət etmişdir: “Hz.Mehdi (ə.f) bu baxımdan Hz.Yusifə (ə) bənzəməkdədir: Yusifun qardaşları ağıllı olmalarına və daha əvvəl özüylə yaşadıqlarına baxmayaraq yanına vardıqlarında Yusif (ə) özünü tanıtmadıqca Onu tanıya bilmədilər. Yaqub ilə Yusif arasında 18 günlük bir məsafə olmasına baxmayaraq özündən heç bir xəbər ala bilmirdi, o halda nə üçün insanlar Allahın Hz.Mehdi (ə.f) haqqında da belə etdiyini inkar edirlər? Həzrət də xalq arasında yaşayır küçələrdə gedir amma insanlar onu tanımır. Allah özünə zühur icazəsini verənə qədər də belə yaşayacaq.”[2]

 

[1]  Biharul Ənvar, c. 52, 152.

[2]  Biharul Ənvar, c. 52, s. 154.

 

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment