Bismillahir rəhmanir rəhim
Hüseyn ibn Ruh İmam Zamanın (ə.f) üçüncü vəkili və zəmanəsinin ən məlumatlı insanı idi. Məhəmməd ibn Osman onu öz yerinə İmam Zamanın (ə.f) naibi etdi.
Məclisi (r.ə) Biharda belə yazmışdır. “Məhəmməd ibn Osmanın xəstəliyi ağırlaşınca Əbu Əli ibn Həmmam, Əbu Abdullah ibn Məhəmmədi Katib, Əbu Abdullah Bəktani və Əbu Səhl İsmayıl ibn Əli Növbəxti və Əbu Abdullah ibn Vəcna kimi bəzi böyük şiə alimləri, onun hüzurunda idilər və ondan yerinə keçəcək adamı soruşdular. Məhəmməd ibn Osman onlara belə dedi: “Hüseyn ibn Ruh mənim yerimə keçəcək. Sahib Zamanın (ə.f) güvəndiyi bir vəkildir. İşlərinizdə ona müraciət edin. Mən İmam tərəfindən Hüseyn ibn Ruhu öz yerimə keçirməklə vəzifələndirildim. “[1] Cəfər ibn Məhəmmədi Mədaini belə deyir: “Mən İmamın mallarını Məhəmməd ibn Osmana çatdırdım; bir gün yanına 400 dinar apardım. Mənə “Bu pulu Hüseyn ibn Ruha apar” dedi. “Xahiş edirəm siz qəbul edin” dedim. Mənə “Hüseyn ibn Ruha apar və bil ki onu öz yerimə keçirdim” dedi. “İmamın əmriyləmi belə etdin?” deyə soruşdum. “Bəli” deyə buyurdu. Daha sonra malları Hüseyn ibn Ruha apardım və bundan sonra da İmamın payını həmişə ona çatdırdım. “[2]
Məhəmməd ibn Osmanın səhabələri arasında Cəfəribn Əhməd ibn Mətil kimi Hüseyn ibn Ruhdan daha möhtərəm və məşhur kəslər vardı. Hər kəs naiblik mövqesinin ona keçəcəyini sanırdı. Amma hər kəsin gözlədiyinin əksinə Hüseyn ibn Ruh bu mövqeyə seçildi. Beləcə bütün səhabələr hətta Cəfər ibn Əhməd ibn Mətil də bu yerində qərara təslim oldu. “[3]
Əbu Səhl Növbəxtidən “Necə oldu da Hüseyn ibn Ruh naiblik mövqesinə seçildi? Halbuki siz o mövqeyə daha layiq idiniz?” deyə soruşulduğunda o belə dedi “İmam bu mövqeyə kimi seçəcəyini daha yaxşı bilər. Mən daim müxalif kəslərlə müzakirələr edirəm, əgər vəkil olsaydım bəlkə də müzakirə əsnasında öz iddiamı isbat etmək üçün İmamın yerini göstərərdim. Amma Hüseyn ibn Ruh mənim kimi deyil. Əgər İmam onun paltarının altına saxlansa, onu qayçıla parça-parça da etsələr əsla paltarını açıb da İmamı göstərməz. “[4]
Şeyx Saduq (r.ə) belə yazır: “Məhəmməd ibn Əli Əsvəd nəql etmişdir ki, Əli ibn Hüseyn ibn Babeveyh, məndən Hüseyn ibn Ruha Sahib-ul Əmrdən (ə.f) özünə bir uşağa sahib olmaq üçün dua etməsini istədiyini çatdırmamı xahiş etdi. Mən onun istəyini Hüseyn ibn Ruha çatdırdım. Üç gün sonra İmamın özünə dua etdiyini bildirdi və özünə “Çox keçmədən Allah ona faydası insanlara çatan bir uşaq lütf edəcək” deyə xəbər göndərdi. O il Məhəmməd adında bir uşağı oldu və daha sonra bir neçə uşağa daha qovuşdu.” Şeyx Saduq (r.ə) bu hekayəni nəql etdikdən sonra belə yazmaqdadır: “Məhəmməd ibn Əli Əsvəd, hər dəfə mənim Məhəmməd ibn Həsən ibn Əhmədin dərslərinə qatıldığımı və elmi kitabları oxuyub əzbərləməyə maraq duyduğumu görüncə “Elm təhsilinə olan əlaqənə çaşmamaq lazımdır, çünki İmamı Zamanın (ə.f) duasının bərəkətiylə dünyaya gəldin”[5] deyərdi.
Biri Hüseyn ibn Ruhun naibliyindən şübhələnmişdi. Mövzunun açıqlığa qovuşması üçün qurumuş və mürəkkəbi qalmamış qələmlə bir məktub yazdı və İmama göndərdi. Bir neçə gün sonra cavabını Hüseyn ibn Ruh vasitəsiylə İmamdan aldı. [6]
Hüseyn ibn Ruh 326 ilinin Şaban ayında vəfat etdi. [7]
[1] – Bihar-ul Ənvar, c. 51, s. 355.
[2] – Bihar-ul Ənvar, c. 51, s. 352.
[3] – Bihar-ul Ənvar, c. 51, s. 353.
[4] – Bihar-ul Ənvar, c. 51, s. 359.
[5] – Kamal-ud Din, c. 2, s. 180.
[6] – Isbat-ul Xüdat, c. 7, s. 340.
[7] – Ricalı Mamaqani, c. 1, s. 200.
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.