Hüseynqulu Həmədani və seyri-süluk yolu

Bismilləhir Rəhmanir Rəhim

Hüseyinqulu Həmədaninin  dilindən seyri-süluk dəsturu əməllər

Hər bir insan, müqəddəs şəriəti özünə müqəddimə etməli və şəriətin mühüm əhəmiyyət verdiyi hər şeyə əhəmiyyət verməlidir. Bu zəifin ağıl və nəql yoluyla anladığı budur: Allaha yaxınlaşmaq istəyən kəslər üçün ən mühüm (vacib) şey, tam bir səy və ciddiyyətlə günahları tərk etməkdir. Günahı tərk etmədikcə nə zikrin və nə də fikrin(təfəkkür) qəlbin halına faydası olmayacaqdır. Çünki sultana üsyan və inkar mövqeyində olduğu halda xidmət etmək heç bir fayda gətirməyəcəkdir. Bilmirəm hansı sultan, bu şanı uca Sultandan daha böyükdür?! Və onunla olan müharibədən və çəkişmədən daha çirkin müharibə və çəkişmə varmıdır?!

Bilki ilahi eşqi tələb edib eyni zamanda günaha mürtəkib olman (bulaşman), həqiqətən son dərəcə fəsadlı (zərərli) və pis vəziyyətdir. Günahın nifrətə səbəb olduğu, sənə necə gizli qala bilər?! Nifrətin olması, eşq ilə nifrətin bir arada olmasına maneədir. Artıq savaşmaq və nəfsini tərbiyə etmək üçün çalış. Yatağından qalxdığın ilk andan, ta ki, yatana qədər tam bir ciddiyyətlə özünü idarə edərək, müraqibəylə (müraqibə- Allaha batini diqqət və özünü Allah hüzurunda bilmək) məşğul ol. Allah-təalanın məhzərində (hüzurunda) ədəbə riayət et. Bil ki, bədəninin bütün orqanları zərrə-zərrə Onun qüdrətinin əsiridir. Onu görməsəndə, Onu görürmüş kimi, Ona ibadət et. Həqiqətən O səni görür. Hər zaman Onun böyüklük və əzəmətini özünün həqir və zəifliyini, Onun ucalığını özünün kiçikliyini, Onun izzətini özünün zillətini, Onun sərvət özünün hacət sahibi olduğunu anla və bil (dərk et). Allah Cəllə və Cəlalihinin sənə olan daimi diqqətini bilərək,Ondan qəflət etmə çirkinliyinə düşmə. Zəlil və zəif bir qul kimi hərəkət et…, ilkin olaraq bu sənin şərəf və vüqarın üçün yetərlidir. Çünki günah pisliyi ilə kirlətmiş olduğun dilinlə  Onun əzəmətli adını zikr etmə izni vermişdir. Elə isə ey Əziz! Bu kərim və rəhim Allah sənin dilini nur dağı məhzəni (gizli məkanı), yəni Şərif adının zikr yeri qərar vermişdir. Sultanın məhzənini qeybət, küfr, yalan, əziyyət və s.  günahların nəcasət və kirinə bulaşdırmaq həyasızlıqdır. Sultanın məhzən yeri gözəl ətirlərlə dolu olmalıdır, çirkinlik və pisliklərlə deyil. Nəzarət və müraqibənə diqqət etmədiyin üçün bilmirsən yeddi orqanın (yəni : qulaq, dil, göz, əl, ayaq, qarın, tənasül üzvləri) nə kimi günahlar işlətdiyini, necə atəşlər yandırdığını, öz dininə necə fəsadlar bulaşdırdığını, qəlbinə dilinlə nə kimi yaralar açdığını. Əgər bu cür fəsad və əyriliklərin açıqlamısını etmək istəsəm kitaba sığmaz, necə bu səhifəyə sığdırım? Sən ki hələ əza və orqanlarını (günahdan) arındırmamısansa, necə qəlbinin vəziyyəti və halı haqqında nəsə yazmağımı gözləyirsən? Elə isə : Sadiq tövbəyə doğru get və müraqibədə tələs.

Əgər müraqibə olmadan, zikr və fikirlə məşğul oluqda hər hansı bir hal yaransa, bu hal bir xeyir gətirməz. Çünki bu hal davamlı olmayacaqdır. Müraqibəsiz zikrin gətirdiyi (yaratdığı) halın aldatmasına uymamaq lazımdır.

Hər kəs şanı Uca Sultanı sevmək məcburiyyətindədir. Beləliklə ilk məhbub və sevgili Allahdan sonra müqəddəs vücud Xatəmul-Ənbiya olan Peyğəmbərdır(s), sonra Əmirəl-Möminin Əli (ə) , İmamlar (ə) , mələklər , vəsilər, üləma, övliya və öz zamanının təqvalıları xüsusilə alim olanlar. Sevgidə tərtibə (ardıcıllığa) riayət edilməli və sadiq olunmalıdır. 

Qısacası , Allahın yaxınlığın tək yolu, müqəddəs şəriətin kiçik, böyük demədən hər şeyinə boyun əyib, əməl etməkdir.  

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment