Halal qidanin nuru və haram tikənin təsiri

Bismillahir rəhmanir rəhim

 

Əli ağa Nasehi buyurur ki, Ayətullah Mahmud Quçani belə nəql etmişdir: “Bu əhvalatı atamdan eşitmişəm: Bir gün Kəşmirə getmişdim. Kəşmirin elmi mədrəsəsində qoca bir xidmətçi baxçada səliqə-sahman yaradırdı. Onun qoca yaşında beli qüdrətlə yerə vurub şum etməsi məni təəccübləndirdi. Təəccübümü gizlətməyib ondan bunun səbəbini soruşdum. Qoca dedi: Qolumdakı gücün öz əhvalatı var. Bir dəfə qoca bir kişi mədrəsəyə gəlib dedi: “Bu gecə mümkünsə mədrəsədə mənə yer ver.” Mən ona bildirdim ki, bütün hücrələrdə tələbələr qalır və artıq yer yoxdur. Birdən ağlıma gəldi ki, ona anbarda yer verə bilərəm. Təklifimi ona bildirdim. O qəbul edib anbara üz tutdu. Sübh erkən yuxudan oyanıb həyətə çıxanda anbar tərəfdə bir nur gördüm. Hansı ki orada çıraq da yox idi. Anbara yaxınlaşdım. Qoca orada Quran oxuyurdu. Onun gözlərindən Quranın səhifələrinə nur süzülürdü. Başa düşdüm ki, bu şəxs Allahın övliyalarındandır. Yaxınlaşıb gördüklərimi dedim. Ondan nəsihət istədim. O bildirdi ki, mənim bir işdə sabitqədəmliyim yoxdur və onun göstərişlərinə əməl edə bilmərəm. Amma əl çəkməyib təkid etdim. Nəhayət, o razılaşdı. Amma şərt kəsdi ki, onun iştirakı olmadan dilimə bir şey vurmayım. Mənə müəyyən vird və zikirlər öyrətdi. Gecələr ibadət edir, gündüzlər oruc tuturdum. Beləcə on gün keçdi. İftar və obaşdanım qocanın mənə verdiyi çörək idi. Həmin çörəkdən yedikcə qüvvəmin artdığını hiss edirdim. Gözümə elə bir nur gəlmişdi ki, Kəşmir şəhərini bütünlüklə görürdüm. Bu yolla on gün də keçdi. Özümdə daha artıq güc hiss edirdim. Qırxıncı gün gəlib çatdı. Şam vaxtı yuxuladım. Yuxudan oyanıb hücrədə bir sini dadlı xörəklər gördüm. Şeytan mənə belə təlqin etdi ki, həmin qidaları qoca gətirib. Siniyə yaxınlaşıb bir tikə götürdüm və ağzıma qoydum. Tikə boğazımdan keçən an qocanın hücrəyə daxil olduğunu gördüm. O əsəbi vəziyyətdə dedi: “Şərt kəsməmişdikmi ki, mənsiz bir şey yeməyəsən? Axı sənə dedim ki, sabitqədəmliyin yoxdur.” Bu sözləri deyib otaqdan çıxdı. Sürətlə ardınca qaçdım. Amma ondan bir əsər tapa bilmədim. Gözümün nuru bir anda çəkildi. Amma həmin qüvvədən bir azca qaldı. Bəli, bu güc həmin vaxtdan qalan gücdür!

 

Məhəmməd Cavad Nurməhəmmədi , Ariflərdən

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment