Hacı Şahin Həzrət Fatimədən yazdı: “Biz öz şəxsiyyətlərimizi din və məzhəb çərçivəsindən çıxarıb, ümumbəşəri dəyər olaraq təqdim etməliyik”

İmamın xas naibləri

Hər bir mövzunu ixtilaf vasitəsinə çevirmək kimi təhlükəli bir tendensiya yaranıb inanclı cameədə. Əyyami-Fatimiyyədə xanım Fatimə (s) barədə tədqiqat işləri ortaya qoymaq,məqalələr yazmaq, tədbirlər keçirmək əvəzinə, heç bir mənası olmayan mübahisəli mövzuları gündəmə gətiririk. Biz dəyərlərimizi ümumbəşəri müstəviyə çıxarmaq haqda düşünməliyik. Həzrət Zəhranın (s) şəxsiyyətini düzgün tanıtdıra bilsək, inanıram ki, dünyanın diqqətini İslama yönəldə bilərik. Çünki qadın məhəbbət,mərhəmət simvoludur. Dinimizin zorakılıqla eyniləşdirildiyi bir dönəmdə Fatimə timsalında tanıtdırılan din zehniyyətlərdə ciddi dəyişikliklər yarada bilər. Həzrət Məryəmin bütün dünyada tanınan bir şəxsiyyət olduğu kimi, həzrət Fatimənin də tanıdılmasına ehtiyac var. İnanıram ki,mümkün olan bir işdir. Sadəcə bizim başımız daha “mühüm”işlərə qarışıb,bu haqda düşünməyə vaxtımız yoxdur. Bizi əyyamı iyirmi gün saxlayayaq,ya yox,bu müddətdə toy edək, ya etməyək, lənəti açıq oxuyaq yoxsa gizli,kimi “fundamental”mövzular məşğul edib. Bir nəfərimizi belə xanımın Mədinə məscidindəki xütbəsində toxunduğu elmi, fəlsəfi, ictimai-siyası mövzular maraqlandırmır,bu mövzuların müasir dövrlə tam uzlaşan məqamlarını açıqlamaq haqda düşünmürük. Həzrət Fatimə öz çıxışlarında bu gün bəşəriyyətə hava, su kimi lazım olan mövzulara toxunub,inanın mənə. Sadəcə tanıtdıra bilməmişik,bu haqda düşünmək belə istəməmişik. Biz öz şəxsiyyətlərimizi din və məzhəb çərçivəsindən çıxarıb, ümumbəşəri dəyər olaraq təqdim etməliyik. Böyük səslənsə də,bunu etmək mümkündür.

Hacı Şahin Həsənli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir