«HƏLAKINI GÖRƏCƏYƏM…!»

Bismillahir rəhmanir rəhim

Şeyx Məhəmməd Razi “Ət-təqva və ma ədrakə mat-təqva” adlı kitabında Məhəmmədtəqi Bafqi haqqında yazır: Tanınmış arif və saleh şəxs Rəcəbəli Xəyyat batini oxuyan, insaflı və xoşəxlaqlı bir adam idi. Rəcəbəli mənə nəql etdi: Məhəmmədtəqini uzaqgörənliyindən, qeybi xəbərlərindən, gələcəyindən tanıyıb bildim ki, həqiqət aləmi ilə, ismət sülaləsi − vilayət mərkəzi ilə rabitəsi var. Belə ki:
O Tehran zindanından təzə azad olub 1347-ci (h.q.) ildə Həzrət Əbdül-Əzim ocağına gələndə, mənim səmimi və dürüst bildiyim dostlarımdan bir nəfər seyyid onun görüşünə gedir. Soruşur ki, ağa siz nə vaxt Quma qayıdacaqsınız?
Deyir:
Nə vaxt şimallılar (yəni ruslar) şimaldan, cənublular (yəni ingilislər və amerikalılar) cənubdan İrana daxil oldular və paytaxtı mühasirə etdilər, padşahı apardılar, o vaxtı mən də Quma qayıdacağam.
Dostum deyir:
O saat o dediyi sözləri qeyd etdim və özümdə saxladım. 1321-ci ilin şəhrivər ayında (hicri-qəməri 1361-ci il) onun qabaqcadan verdiyi xəbər 14-ildən sonra düz çıxdı. Neçə gün sonra Həzrət Əbdül-Əzimə gedib onu soraqlaşdım, dedilər bir-neçə gündür ki, Quma gedib.
O tez-tez deyərdi:
Bu kişi (Rzaxan Pəhləvi) məni məhv etmək istəyirdi, amma bilmirdi ki, Allahın himayəsində, İmam Zamanın kölgəsində olan axundu məhv edə bilməz. Bilmirdi ki, Allah öz çürümüş axundunu saxlayacaq, onun özünü məhv edəcək. Allah bunu elə etdi ki, bütün aləmə ibrət olsun.
Tez-tez bu sözləri xatırlayardı:
Mən diriyəm, o isə zəbun olmuşdur və həlak olacaqdır. O deyən kimi də oldu, dedikləri düz çıxdı. Onun ölümündən dörd il qabaq Rzaxan Pəhləvi gəbərdi.(Məhəmməd Razi, “Ət-təqva və ma ədrakə mət-təqva”, səh. 95)
ramət sahibləri, Əbdürrəhman Baqirzadə Babuli

Leave a Comment