Bismillahir Rəhmanir Rəhim
Hədiyyənin Xümsü
Sual 29: Atanın, ananın və istənilən bir şəxsin verdiyi hədiyyəyə xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Hədiyyəyə xüms düşmür.
Sistani və Safi: Xüms ilindən artıq qalarsa ona xüms düşür.
Fazil, Məkarim və Behcət: Vacib ehtiyata əsasən xüms ilindən artıq qalarsa onun xümsü verilməlidir.
Təbrizi və Vəhid: Onun miqdarı çox və diqqəti cəlb edəcək dərəcədə olarsa, illik xərcdən artıq qaldıqda xümsü verilməlidir.
Sual 30: Şiə olan, lakin malının xümsünü ödəməyən şəxsin verdiyi hədiyyənin xümsünü verməliyəmmi?
(Sistani və Təbrizidən başqa) Bütün müctəhidlərin rəyi: Hədiyyəni alan şəxsə onun xümsünü vermək vacibdir.
Sistani və Təbrizi: Xümsü ödəmək onu bağışlayan şəxsə vacibdir. Hədiyyəni alan şəxsə onun xümsünü vermək vacib deyil.
Xüms və Din ardicillari
Sual 31: Xüms hökmünü qəbul etməyən bir kəs (qeyri-şiə məzhəb və din ardıcılları kimi) mənə hədiyyə verir. Onun xümsünü verməliyəmmi?
(Behcətdən başqa) Bütün müctəhidlərin rəyi: Xeyr
Behcət: Hədiyyə olunmuş malın üzərinə xüms gəldikdə zərurət halında ondan istifadə etmək olar.
Sovqatin Xümsü
Sual 32: Sovqata xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Xeyr, xüms düşmür.
Təbrizi, Sistani, Safi, Məkarim, Behcət, Fazil və Vəhid: Xüms ili tamamlanmamış istifadə olunursa, ona xüms düşmür.
Qeyd: Sovqat hədiyyə hökmündədir.
Mükafatin Xümsü
Sual 33: Bank mükafatına bir il ötdükdən sonra xüms düşürmü?
İmam (r) və Xamenei: Mükafata xüms düşmürFazil, Behcət və Məkarim: Vacib ehtiyata əsasən onun xümsü verilsin.
Nuri: Hədiyyə ünvanında olarsa xüms düşmür.
Təbrizi və Vəhid: Təxminən ilin sonunadək istifadə olunan və az dəyərli mal olarsa xüms düşmür. Digər hallarda xüms düşür.
Sistani: Yarısın imanlı fəqirə sədəqə vermək şərti ilə qalan yarı hissəni özünə mülk edə bilər. Əgər özünə mülk etdiyi yarı hissə xüms ilindən artıq qalarsa ona xüms verməlidir.
Safi: Xüms düşür.
Qeyd: Bank mükafatı bir növ bəxşiş hesab olunur.
Sual 34: Quran və idman müsabiqələrində alınan mükafatlara xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Xeyr, xüms düşmür.
Fazil, Behcət və Məkarim: Vacib ehtiyata əsasən onun xümsü verilsin.
Təbrizi və Vəhid: Təxminən ilin sonunadək istifadə olunan və az dəyərli mal olarsa xüms düşmür. Digər hallarda xüms düşür.
Safi və Sistani: Xüms düşür.
Qeyd 1: Məsələ o hala aiddir ki, bir il keçsin və “məunə” (məfhumlar və terminlər bölməsinə müraciət edin) xərclərinə sərf olunmasın.
Qeyd 2: Müsabiqələrdə verilən mükafatlar bir növ bəxşiş hesab olunur.
Dövlətin Bayram hədiyyəsinin Xümsü
Sual 35: Dövlətin işçilərə nağd pul və qızıl sikkə şəklində verdiyi bayram hədiyyələrinə xüms düşürmü?
İmam (r) və Xamenei: Xeyir, xüms düşmür.
Safi, Sistani, Təbrizi, Məkarim və Vəhid: Xüms ilindən artıq qaldıqda ona xüms düşür
Behcət və Fazil: Xüms ilindən artıq qalarsa, vacib ehtiyata əsasən, onun xümsü verilməlidir.
Nuri: Hədiyyə kimi olarsa, xüms düşmür.
Qeyd: Mərcələrdən bəzisi dövlətin mükafat və bayram hədiyyələrini gəlir, bəziləri isə hədiyyə hesab edir.
Işçilərə verilən Qiymətli kağizin Xümsü
Sual 36: Dövlətin işçilərə verdiyi qiymətli kağızlara xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Hədiyyə kimi olarsa xüms düşmür.
Sistani və Safi: Xüms ilindən artıq qalarsa, ona xüms düşür.
Fazil, Məkarim və Behcət: Hədiyyə şəklində olarsa və xüms ilindən artıq qalarsa vacib ehtiyata əsasən xüms düşür.
Vəhid və Təbrizi: Hədiyyə şəklində, böyük və nəzərə çarpacaq dəyəri olarsa xüms ilindən artıq qaldıqda ona xüms düşür. Digər hallarda xüms düşmür.
Qeyd 2: İşçilərə verilən qiymətli kağızın hədiyyə və ya maaş şəklində olması məlum olmadığı üçün cavab şərtlərlə deyilmişdir.
Tələbələrə verilən Qiymətli kağizin Xümsü
Sual 37: Tələbələrə verilən qiymətli kağızlara xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Xeyir, xüms düşmür.
Sistani və Safi: Xüms ilindən artıq qalarsa, ona xüms düşür.
Fazil, Məkarim və Behcət: Xüms ilindən artıq qaldıqda vacib ehtiyata əsasən xüms düşür.
Vəhid və Təbrizi: Böyük və diqqətə çarpan dəyəri olarsa və xüms ilindən artıq qalarsa, ona xüms düşür.
Qeyd: Tələbələrə verilən qiymətli kağız hədiyyə hesab olunur.
Təqaüdçülərə verilən hədiyyənin Xümsü
Sual 38: İşçilərə təqaüdə çıxdıqdan sonra verilən mükafatlara xüms düşürmü?
İmam (r) və Nuri: Hədiyyə şəklində olarsa xüms düşmür.
Xamenei: Mükafata xüms düşmür. (Xameneinin katibliyi)
Təbrizi, Vəhid, Safi, Fazil, Behcət və Məkarim: Xüms ilindən artıq qaldıqda, ona xüms düşür.
Sistani: Hədiyyə şəklində olarsa xüms ilindən artıq qaldıqda ona xüms düşür.
Təhsil xərcinin xümsü
Sual 39: Valideynin övlada verdiyi təhsil xərcinə xüms düşürmü?
İmam (r), Xamenei və Nuri: Əgər həmin məbləği bağışlasalar xüms düşmür.
Təbrizi və Vəhid: Əgər həmin məbləği bağışlasalar, mal çox olarsa və ildən artıq qalarsa xüms düşür.
Sistani və Safi: Əgər həmin məbləği bağışlasalar və xüms ilindən artıq qalsa, xümsü verilməlidir.
Fazil, Məkarim və Behcət: Əgər həmin məbləği bağışlasalar və xüms ilindən artıq qalsa, vacib ehtiyata əsasən xümsü verilməlidir.
Qeyd: Valideynin övlada verdiyi pul bir növ hədiyyədir. Beləliklə, hədiyyə hökmündədir. Əgər bu məbləğ onların mülkü olmazsa, ildən artıq qalan miqdarın xümsünü valideyin verməlidir.
Seyid Müctəba Hüseyni : Xümsün hökmləri
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.