Bismillahir rəhmanir rəhim
Bəzi əhli sünnə alimləri belə iddia edirlər ki, Hz. Mehdi (ə.f) ilə əlaqədar hədislər mütəvatir deyildir. Biz cavab olaraq belə deyirik: “Əhli Sünnə alimlərindən çoxu Mehdi ilə əlaqədar hədisləri mütəvatir olaraq qəbul etmişlər. Və ya heç olmasa mütəvatir olmasını tənqid mövzusu etmədən başqalarından nəql etmişlər. Məsələn İbni Həcəri Xeysəmi “əs-Səvaiq-ül Muhriqa” kitabında, Şəblənci “Nur-ül Əbsar” kitabında, İbni Səbbağ “əl-Fusul-ül Muhimmə”, Məhəmməd əs-Sabban “İsaf-ür Rağibin, Gənci Şafei əl-Bəyan kitabında, Şeyx Mənsur Əli “Ğayət-ul Məmul” ‘da, Suveydi “Səbaiqiq Zəhəb” adlı kitabda Hz. Mehdi ilə əlaqəli hədislərin mütəvatir olduğunu yazmışlardır. Təvatür isə bəzi hədislərdə var olan sənəd zəifliyini kompensasiya etməkdədir.
Əsqəlani belə yazır: “Mütəvatir xəbərlər yəqin ifadə edər; buna görə də onlarla əməl etmək üçün müzakirəyə gərək yoxdur. “[1]
Şafei müftisi və şeyx-ül islam Seyid Əhməd belə deyir: “Mehdi haqqındakı hədislər ədəd cəhətdən çox və mütəvatir hədislərdir. Bu hədislərdən bəzisi səhih, bəzisi həsən və bəzisi də zəifdir. Bu hədislərdəndir çoxu sənəd cəhətdən zəifdir; amma ədəd cəhətdən çox olması və ravi və yazanlarının çox olması o hədislərin bir-birini gücləndirməsinə və nəticədə yaxın ifadə etməsinə çatmaqdadır. “[2]
Nəhayət Rəsulullahın (s) səhabələrindən olan çox sayda adam Hz. Mehdi (ə.f) ilə əlaqədar hədisləri rəvayət etmişlər. Məsələn Əbdürrəhman ibn Avf, Əbu Səid əl-Xudri, Qeys ibn Cabir, İbni Abbas, Cabir, İbni Məsud, Əli ibn Əbi Talib (ə), Əbu Hüreyrə, Səvban, Səlmanı Farsi, Əbu Əmamə, Hüzeyfə, Ənəs ibn Malik, Ümmi Sələmə …
Bu hədisləri Əhli Sünnə muhəddis və alimləri öz kitablarında yazmışlar. Məsələn: Əbu Davud, Əhməd, Tirmizi, İbni Macə, Hakim, Nəsai, Təbərani, Ravyani, Əbu Nueymı İsfahani, Deyləmi, Beyhəqi, Səhləbi, Hamaveyni, Mənavi, İbni Məğazili, İbni Cəvzi, Məhəmməd-us Sabban, Mavərdi, Gənci Şafei, Səmanı, Xarəzmi, Şarani, Darakutni, İbni Səbbağı Maliki, Şəblənci, Muhibbuddin Təbəri, İbni Həcəri Xeysəmi, Şeyx Mənsur Əli Nasıf, Məhəmməd ibn Təlhə, Cəlaluddin Suyuti, Şeyx Süleymanı Hənəfi, Qurtubi, Bəğavi vs…
[1] – Kitabı Nəzhətin Nəzər, Əhməd b.Hacəri Əsqalani, Quruçu nəşri, s. 12.
[2] – Kitabı Futuhat-il Islamiyə, Məkkə ilk nəşri, c. 2, s. 250.
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.