Hədislərdəki ikinci Bəni-Abbas dövləti

Bismillahir rəhmanir rəhim

 

Sual: Bəzi hədislərdə gələn “ikinci Bəni-Abbas dövləti”ndən məqsəd nədir? Görəsən o gələcəkdə qurulacaq, yoxsa hal-hazırda mövcuddur?

Cavab: Bir sıra hədislərdə “Bəni Abbas” barədə qeyd edilən məlumatların zahirindən əldə edilən nəticə budur ki, bu sözlə hakim şəxslərin tutduqları zülm, əziyyət və despotizm yolu nəzərdə tutulur. Başqa sözlə bununla növə işarə edilmişdir, şəxsə deyil. Buna əsasən, Bəni-Abbas deyərkən Əhli-Beyt (ə) xəttinə zidd, Bəni-Abbas xəttinə isə uyğun yol tutan zalım sistemlərdən biri nəzərdə tutula bilər. Abbasilər din adı altında gizlənib İslama sadiq olduqlarını iddia edirdilər, halbuki Allaha, Onun Rəsuluna və Əhli-Beytinə (ə) hamıdan daha çox düşmən idilər. Onların bu zahirləri (İslam iddiası etmələri) Əməvilərdən də təhlükəli idi, belə ki, onlar bununla öz fitnə və yalanlarına don geyindirə bilirdilər. Buna əsasən, Bəni-Abbas dedikdə müasir dövrdə də gördümüz, İslam iddiasında olan, lakin əllərində olan hər bir vasitəylə Əhli-Beyt (əleyhimus-səlam) və onların ardıcıllarına qarşı müharibə aparan, ən təhlükəli terrorçuları dəstəkləyən və maliyələşdirən və tutduqları yol Bəni-Abbas yolundan fərqlənməyən dırnaqarası müsəlman rejimləri və ya onlardan biri nəzərdə tutula bilər.

 

Tədqiq: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment