Hədislərdə zühuru gözləmənin əhəmiyyəti

Bismillahir rəhmanir rəhim

İmam Rzadan (ə) rəvayət edilən bir hədisdə Peyğəmbərin (s.ə.s) belə buyurduğu keçir: “Ümmətimin ən üstün əməli, intizarda olmaq və Allahdan gələcək olan zəfəri diləməkdir. “[1]

İmam Əliyə (ə) “Əməllərin ən üstünü nədir?” deyə soruşulduğunda “(Hz. Mehdinin (ə.f) zühuruyla) fərəcin intizarını gözləməkdir” buyurdu.

Yenə Əməril-Möminin Əlinin (ə) belə buyurduğu nəql edilmişdir: “Hz. Mehdinin fərəcin intizarında olun  və Allah Təalanın rəhmətindən ümidinizi kəsməyin; çünki Allahın nəzərində ibadətlərin ən məqbulu “fərəcin intizar”ını gözləməkdir. “[2]

İmam Sadiq (ə) belə buyurur: “Bizi gözləmək, Allah yolunda qanlar  içində qalmaqla eynidir .”[3]

Bir başqa rəvayətdə də belə buyurur: “Bizdən qiyam edəcək olan İmamın şiələrinə nə xoş! Onlar qeybət dövründə onun zühurunu gözləyərlər, zühur etdiyində də onun əmrinə girər, itaət edərlər; Allahın dostlarıdır onlar, nə bir qorxu söz mövzusudur onlar üçün, nə də zərrəcə hüzn və qəm! “[4]

 

 

[1] – Biharul Ənvar, c. 52, s. 22.

[2] – Biharul Ənvar, c. 52, s. 22.

[3] – Kamalud Din, Şeyx Səduq , c. 2, s. 645, bab: 55, hədis 6.

[4]  – Kamalud Din, Şeyx Səduq , c. 2, s. 357, bab: 33, hədis 54.

 

Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

 

Leave a Comment