Hədis olaraq bildiyimiz 15 ifadə hədis deyilmiş… (Araşdırma)

1. “Məxluqa şükr etməyən Xaliqə şükr etməz”

P.S. Belə bir hədis mətni yoxdur, bu ifadə İmam Rzanın (ə) aşağıdakı hədisinə oxşadılaraq deyilmişdir:

“Hər kəs nemət verən və səxavətli insanlara təşəkkür etməzsə, Allah təşəkkür etməmişdir”.

2. Bu ifadə hədis deyil

“Əgər alim fasid olarsa, aləm fasid olar”.

3. “Sultan (hakim) Allahın yer üzündə kölgəsidir”.

Hədis deyil, Əhl-Sünnə alimlərinin fətvasında uyğun “məşhurlaşdırılmış” ifadədir.

4. “İşlərin ən xeyirlisi orta həddə olanıdır”.

Bu ifadə də hədis deyil.

5. “Mədə bütün xəstəliklərin evidir”.

Hədis deyil. Ərəbin məşhur həkimi Haris ibn Kəldənin sözüdür.

6. “Ümmətim alimləri Bəni-İsrail peyğəmbərləri kimidir”.

Hədis deyil, qədim alimlər arasında dillərdə məşhur olub.

7. Bu ifadə hədis deyil.

“Sözlər qəlbdən gələrsə, qəlbdə oturar”.

8. Bu ifadə hədis deyil.

“Elmi kişilərin ağzından eşidin, kitablardan deyil”. (Əbu Hənifə)

9. Bu ifadə hədis deyil.

“Vətəni sevmək imandandır”.

Qədim İslami kitablarda alimlərin işlətdiyi gözəl deyimdir.

10. “Namaz möminin meracıdır”.

Bu ifadə hədis deyil, ariflərin sözüdür.

11. “Dünya sevgisi bütün xətaların başıdır”.

Bu ifadə hədis deyil, Malik ibn Dinarın kəlamıdır.

12. “Ey Əbu Süfyan şiələri, əgər dininiz yoxdursa, azad insan olun”.

İmam Hüseynin (ə) hədisi deyil, səhabələrindən biri deyib.

13. “Allaha gedən yollar insanların sayı qədərdir.”

Hədis deyil, irfani şairlərin sözüdür. Rumi bu sözü Peyğəmbərə (s) nisbət verib.

14. “Gizli bir xəzinə idim, tanınmaq istədim, yaratdım”.

Hədis deyil, ilk dəfə İbn Ərəbi “fütuhatda” nəql edib

15. “Hakimiyyət küfr ilə qalar, zülm ilə qalmaz”

Mətin və dolğun bir söz olsa da, hədis deyil

Araşdırdı: İlahiyyatçı, ruhani Mirməhəmməd Bəşirov.

 

Leave a Comment