Gözlənilən Mehdi (ə.f) – 5

Bismillahir rəhmanir rəhim   

Əslində burada zikr etdiyimiz şeylərin neçə qatı Quranı Kərimdə zikr edilmişdir və bütün bu mövzuların xüsusiyyəti insanların təbii gücünü aşan xariqüladə şeylərdirlər, belə ki, bütün xalq belə toplansalar o işlərdən birini etməyə gücləri çatmaz. Onlar ancaq yerdə və göydəki heç bir şeyin aciz etmədiyi Allahı Təala”nın qüdrətiylə reallaşmaqdadır.

Bir adamın müsəlman ola bilməsi üçün Quranın gətirdiyi hər şeyə istisnasız inanması lazım olduğuna görə müsəlman olan bir şəxs Quranda iştirak edən bu mövzulara inanmaqdadır.

        Xatırladılması lazım olan bir nöqtə isə budur ki, Şiənin Mehdi (ə.f) ilə əlaqədar mövzulara daha vəqf olması təbiidir. Çünki o, onların imamıdır, onlar onu və onun atalan olan digər Əhli Beyt imarnlarını özlərinə öndər qəbul etmiş və davamlı onların hüzurunda və əmrləri istiqamətində yaşamışlar. Şiə Əhli Beyt imamlarına (ə) böyük bir ehtiram göstərir. Onlar hətta Əhli Beyt imamlarının məzarlarını ziyarət üçün ən gözəl şəkildə hazırlamış və təbərrük üçün davamlı o məzarların ziyarətinə getməyi özlərinə bir vəzifə olaraq dərk etmişlər. Əgər on ikinci imam olan Hz. Mehdi (ə.f) vəfat etmiş olsaydı, o Həzrətin də tanınmış bir qəbiri olardı; qıyamını isə təkrar dirilərək qiyam edəcək şəklində şərh edə bilərdi. Xüsusilə bunun mümkün bir şey olduğu Quranı Kərimdə də açıqlanmışdır. Xüsusilə Şiə rəcətə də inanmaqdadır. Halbuki Şiə, Hz. Mehdinin (ə.f) həyatda olduğunu israrla müdafiə etməkdə və Allahın istədiyi bir hikmət üzrə qeybətdə olduğuna inanmaqdalar. Onlar namazlarında Allahı Təalaya yalvararaq o Həzrətin zühurunu yaxınlaşdırmasını istəyirlər. Çünki o Həzrətin zühuru ilə müsəlmanlar izzət, səadət və zəfərə çatacaq, kafirlər istəyəsələr də Allah onun vasitəsiylə nurunu tamamlayacaq.

Əhli sünnə ilə Şiənin Hz. Mehdi (ə.f) mövzusundakı ixtilaflarının köklü bir ixtilaf olaraq qiymətləndirilməməsi mümkündür. Çünki hər iki qrup da o Həzrətin axirəzzamanda zühur edəcəyinə, Hz. İsanın (ə) nazil olub  Həzrətin arxasında namaz qılacağına, yer üzü zülmlə dolduqdan sonra təkrar ədalət və bərabərliklə dolduracağına, Onun zamanında İslamın bütün yer üzünə suveren olacağına və bir kasıbın qalmayacağı ölçüdə hər şeyin bol olacağına ittifaq etməkdədirlər. İxtilaf etdikləri tək mövzu budur ki, Şiə, o Həzrətin doğulduğunu və dünyaya gəlmiş olduğunu söyləyir, Əhli sünnə isə daha sonra dünyaya gələcəyini iddia edir. Amma hər iki təriqət də o Həzrətin zühurunun axirəzzamanda olacağında ittifaq etmişlər. O halda Şiə və Əhli sünnənin haqq sözü üzərinə toplanaraq həmişə birlikdə namazlarında, dualarında xüzulu niyyətlə Allaha yalvararak o Həzrətin zühurunu təcil etməsini istəmələri gərəkir. Çünki İslam ümmətinin qurtuluş və zəfəri Hz. Mehdinin (ə.f) zühuruyla reallaşacaqdır.

Son sözümüz, bütün həmdlərin aləmlərin Rəbbi Allaha məxsus olduğudur. Allahın rəhməti və salamı Ənbiyaların, Rəsulların ən böyüyü olan Həzrəti Hz. Məhəmməd və Onun pak Əhli Beytinə olsun.

Məhəmməd Ticani Səmavi

 

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir. 

Leave a Comment