Gözlənilən Mehdi (ə.f) – 4

 Bismillahir rəhmanir rəhim

       Quranı-Kərimdə, Şiədəki olan inancı sürgün edəcək bir ayə yoxdur. Hətta Qurandakı bəzi ayələr bu inancın doğruluğuna və möhkəmliyinə dəlildir. Allahı neçə-neçə misallarla Allahın hər şeyə qadir olduğunu açıqlamış və beləcə insanları donuq fikirlərlə meselelere baxmaqdan məhrum etmişdir. Buna görə ürəyi iman nuruyla dolmuş olan bir müsəlman, Allahı Təalanın Üzeyr peyğəmbəri öldürərək yüz il sonra diriltməsini onun eşşəyini sümükləri çürüyüb kül halını gəldikdən sonra təkrar diriltməsini və bu müddət içərisində yeməyinin hələ pozulmamış olaraq qalmasını Quranı-Kərimdə oxuduqdan sonra Allahın hər şeyə qadir olduğuna inanmasını lazım deyilmi?

Qurana inanan bir müsəlman Hz. İbrahimin (ə) bir neçə quşu öldürüb parçalayaraq ətlərini bir-birinə qarışdırdıqdan sonra parçalarını bir neçə dağın başına qoyduğunu və daha sonra onları çağırdığında quşların dirilib uçaraq özünə gəldiyini Quranı Kərimdə oxuduqdan sonra necə bu mövzunu qəribə saya bilər? Muslüman birinin Hz. İbrahim atəşə atıldığında Allahı Təalanın “Sərin və salamatlıq ol” əmri üzrə atəşin peyğəmbəri yandırmamasını qəribə sayması düşünülə bilməz.

        Müsəlman birinin Hz. İsanın (ə) atasız bir şəkildə anasından doğulmasına, ölmədiyinə, bu anda həyatda olduğuna və yerə təkrar dönəcəyinə şübhəli baxa bilməz və bunları qəribə saya bilməz. Müsəlman olan şəxs Hz. İsanın (ə) ölüləri dirildib anadan doğulma korları və cözzam xəstələrini yaxşılaşdırmasını, dənizin Hz. Musa (ə) və Bəni İsrail üçün yarılaraq islanma belə söz mövzusu olmadan qarşıya keçilməsi və Musanın (ə) əsasının əjdahaya çevrilməsini və Nil çayını Hz. Musanın (ə) qana çevirməsini qəribə sayması düşünülə bilməz.

        Yenə Hz. Süleymanın (ə) quşlarla, cinlərlə və qarışqalarla danışmasını və Bilqeysin taxtını bir an içərisində gətirməsini heç bir müsəlman qeyri-mümkün və qəribə bir şey saya bilməz.? Yenə Allahı Təalanın Kəhf əshabını üç yüz və ya doqquz yüz il öldürdükdən sonra təkrar diriltməsini və nəticədə nəvəsindən və böyük atanın böyük atasından daha çox yaşlı olmasını heç bir müsəlman inkar edə bilməz. Yenə Hz. Musanın (ə) müsahibə etdiyi Hz. Xızırın (ə) indiyə qədər həyatda olmasını heç bir müsəlman inkar etməməkdədir. Yenə hər müsəlman şəxs inanmaqdadır ki, Adəm Peyğəmbərdən əvvəl yaradılıb bəşərin həyatını yaradılışın əvvəlindən sonuna qədər addım – addım onları izləyən məlun şeytan, indiyə qədər həyatına davam etməkdədir və kimsə də onu açıqca görmür, amma o bütün insanları görməkdədir. Bütün bunlara inanıb baş verməsini qəribsəməyən müsəlman bir kimsə, Allah Təalanın istədiyi bir hikmət əsasında bir müddət Hz. İmam Mehdinin (ə.f) qeybət həyatını davam etdirməsini qəribsəyərmi? Halbuki buna dair açıq dəlillər mövcuddur.

 

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir. 

Leave a Comment