Bismillahir rəhmanir rəhim
İbni Xaldun “Müqəddimə”sində bunları yazır: “Bilməlisən ki, əsrlər boyunca bütün İslam əhli arasında axirəzamanda Əhli Beyt”dən bir adamın zühur edib dini təyid edərək ədaləti yayacağı və onun Mehdi deyə adlandırıldığı məşhur bir mövzudur.”
Müasir alimlərdən də Ixvanul müsliminin müftisi Seeid Sabiq “Əqaidul ıslamiyə” adlı kitabında Mehdi ilə əlaqədar hədisləri təxriç edərək, Mehdi düşüncəsinin təsdiq edilməsi lazım olan Islami inanclardan olduğunu yazır: “Şiə kitablarına gəlincə, Mehdi ilə əlaqədar hədislərə bu kitablarda genişcə yer verilmişdir. Hətta heç bir mövzuda Hz. Resulullahdan (s) bu qədər hədisin nəql edilməmiş olduğu deyilməkdədir.”
Müntəxabul Əsər”in müəllifi Lütfüllah Safi adı çəkilən kitabda Mehdi ilə əlaqədar hədisləri Kutubi Sittə də daxil olmaq üzrə altmışdan daha çox Əhli sünnə qaynağından və Kutubi Ərbəə daxil olmaq üzrə doxsandan daha çox Şiə qaynağından nəql etmişdir.
İkinci hissə olan, Hz. Mehdinin (ə.f) doğulması, qeybət və həyatda olması mövzusuna gəlincə, Əhli sünnə alimlərindən kiçik hesab edilə bilməyəcək bir qrup Hz. Mehdinin (ə.f) Əhli Beyt imamlarının on ikincisi, Hz. İmam Həsən Əsgərinin oğlu olduğuna, o Həzrətin dünyaya gəlmiş olduğuna hələ həyatda olduğuna axirəzzamanda zühur edərək yer üzünün ədalət və bərabərliklə dolduracağına və Allahın o Həzrətin əliylə dinini müzəffər edəcəyinə inanmaqdadırlar və bu barədə şiəylə eyni fikiri paylaşmaqdadılar. Bu alimlərdən bəziləri bunlardır.
1- Muhyiddin Ərəbi “Futuhatı Məkkiyə” adlı kitabında.
2- Sibtul Cəvəzi “Təzkirətul Həvass” adlı kitabında.
3- Abdulvəhhab əş-Şərani “Əqaidul Əkabır” adlı kitabında.
4- İbni Həşşab “Təvarihi Məvalidil Əimmə və Vəfəyatihim” adlı kitabında.
5- Məhəmməd Buxari Hənəfi “Faslul Xitab” adlı kitabında.
6- Əhməd ibni İbrahim əl Bəlaziri “Əl Hədisul Mətəsəlsil” adlı kitabında.
7- İbni Səbbağ Maliki “Füsu1ul Muhimmə” adlı kitabında.
8- Arif Əbdürrəhman “Miratul Sirr” adlı kitabında.
9- Kəmaluddin ibni Təlhə “Mətalibus Süul Fi Mənakibi Ali Rəsul” adlı kitabında.
10- Kunduzi Hənəfi “Yənabiul Məvəddə” adlı kitabında.
Əgər bir insan araşdırma edəcək olsa Hz. Mehdinin (ə.f) doğulduğuna və Allahın onu zahir edənə qədər də həyatda olduğuna inanan Əhli sünnə alimlərinin bu saydıqlarımızın bir qatı çox olduğunu görər. Əlbəttə Əhli sünnədən yalnız Hz. Mehdi (ə.f) ilə əlaqədar hədislərin doğruluğunu etiraf etməklə birlikdə o Həzrətin (ə.f) dünyaya gəldiyini və bu qədər uzun müddət həyatda olduğunu inkar edən qrup ortada qalır, amma məlumdur ki, onlar, o Həzrətin (ə.f) doğulub həyatda olduğuna inananların əleyhinə bir hüccət sayılmamaqdadır.
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.