Bismillahir rəhmanir rəhim
Sünəni ibn Macədə yer alan bir hədisə görə Rəsulullah (s) belə buyurur: “Mehdi biz Əhli Beytdəndir; Mehdi Fatimənin övladlarındandır.”
Yenə İbni Macənin nəqlinə görə Rəsulullah (s) buyurmuşdur ki:”Ümmətimdə Mehdi olacaq. Əgər müddəti qısa olsa yeddi il və əgər uzun olsa doqquz il hökm sürəcək. O zaman ümmətimə heç bir zaman verilmədiyi bir nemət verilər, yer üzü bütün zənginliklərini və nemətlərini ortaya çıxarar, heç bir şeyini saxlamaz. O zaman mal yandır altma töküləcək. Biri gəlib “Ey Mehdi, mənə ver” dediyində o da “al ” deyəcək. ” [1]
Sünəni Tirmizidə də bu mövzuda Hz. Rəsulullahdan (s) belə bir hədis nəql edilmişdir:“Adı mənim adım olan Əhli Beytimdən biri hökümdarhğa çatacaq. Əgər dünyanın ömüründən bir gün belə qalmış olsa, Allah o günü onun hökmdar olması üçün uzadacaq. “[2]
Yenə Tirmizinin nəql etdiyi bir hadisə görə Rəsulullah (s) belə buyurur: “Ərəblərə mənim Əhli Beytimdən olan və adı mənim adım olan biri hökm edənə qədər dünyanın ömürü sona çatmayacaqdır.”
Buxari də öz Səhihində Əbu Hureyrə vasitəsilə Rəsulullahın belə buyurduğunu nəql etmişdir: “Necə bir vəziyyətdə olarsınız; Məryəmin oğulu sizə endiyində və İmamınız da sizdən olduğu zaman” [3]
Ğayətul Məmul kitabının müəllifi belə deyir: “Sələf və xələf üləması arasında, axirəzzamanda Əhli Beytdən Mehdi deyə adlandırılan bir adamın zühur edəcəyi məşhurdur. Mehdinin hədislərini səhabənin seçmələri nəql etmiş, Əbu Davud, Tirmizi, İbni Macə, Təbərani, Əbu Yəla, Bəzzaz, Əhməd ibni Malik və Hakim kimi böyük muhaddislər bu xüsusdakı hədisləri öz kitablarında təxriç etmişlər, Buna görə Mehdi hədislərini tamamilə zəif sayan şəxs xətaya düşməkdədir.
Hafiz, Fəthul Bari kitabında belə deyir: “Mehdinin bu ümmətdən olduğu və İsa ibn Məryəmin enib onun arxasında namaz qılacağı xüsusundakı hədislər mütəvatirdir.”[4]
Ibn Hacər əl Heysəmi də Səvaiqul Muhriqa adlı kitabında bunları yazır: “Mehdinin zühur edəcəyinə dair hədislər çoxdur və mütəvatirdir.”[5] Şövqəni isə “Mehdi, Dəccal və İsa ilə əlaqədar hədislərin təvatürü haqqında şərh” adlı risaləsində Mehdi (a. f) haqqındakı hədisləri saydıqdan sonra belə deyir: “Elm əhlinin də bildiyi kimi bu mövzuyla əlaqədar saydığımız hədislər təvatür həddini aşmaqdadır.”
Şeyx Abdullahaqq da “Əl Ləmaat” adlı kitabında belə yazır: “Mehdinin Əhli Beytdən və Fatimənin övladlarından olduğu haqqındakı hədislər təvatür həddini aşacaq dərəcədə çoxdur. “[6]
Sabban isə “İsafur Rağibin” adlı kitabında yazır ki: “Mehdinin xüruc edəcəyi, Əhli Beytdən olduğu və yer üzünü ədalətlə dolduracağı barəsində Hz. Rəsulullahdan gələn hədislər təvatür həddinə çatmışdır.” [7]
Yenə “Səbaiqiq Zəhəb” kitabının yazıçısı Suveydi adı çəkilən kitabında bunları yazır. “Üləma axırəzzamanda qıyam edəcək şəxsin Mehdi olduğu və onun yer üzünü ədalətlə dolduracağı barəsində ittifaq etmişlər. Onun zühuru haqqındakı hədislər isə çoxdur. “[8]
[1] – Sünəni ibni Macə, 4086. hədis.
[2] – Tirmizinin “Əl Camius Səhih” adlı kitabı, c. 9, s. 74 -75.
[3] – Səhihi Buxari, c. 4, s. 143 “İsa ibni Məryəmin nüzulü” hissəsi.
[4] – Fəthul Bari, c. 5, s. 362
[5] – Savaiquul Muhriqa, c. 2, s. 21l.
[6] – Səhihi Tirmizinin haşiyəsi, c2, s. 46.
[7] – İsafur Rağibin, c. 2, s. l40.
[8] – Səbaiqiq Zəhəb, s. 78.
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.