Gözlənilən Mehdi (ə.f) – 1

     Bismillahir rəhmanir rəhim

  Əhli Sünnənin Şiəyə qarşı tənqid mahiyyətində irəliyə sürdükləri mövzulardan biri də gözlənililən Mehdi (ə.f) mövzusudur. On iki əsr boyunca bir insanın xalqın gözündən uzaq yaşaya biləcəyini uzaq bir ehtimal gördüklərindən və hətta bəziləri bunun muhal olduğuna inandıqlarından bu mövzuda Şiəni lağ və istehza etməkdədirlər. Hətta bəzi müasir yazarlar “şiələrin, tarix boyunca başda olan hökmdarlar tərəfindən müxtəlif zülm və təcavüzlərə məruz qaldıqlarından özlərinə təsəlli vermək məqsədiylə onları bu zülmlərdən qurtararaq düşmənlərindən intiqam alacaq və yer üzünü ədalətlə və bərabərliklə dolduracaq Mehdiyi Muntəzər inancını inkişaf etdirmişlər.” deyəcək qədər irəli getmişdir.

        Bu son zamanlarda xüsusilə də İran İslam İnqilabından sonra Mehdiyi Muntəzər (ə.f) xüsusundakı söz və danışmalar çoxaldığından hər yerdə müsəlmanlar və xüsusilə də mədəni gənclər Mehdi inancının həqiqətinin nə olduğu və bunun İslami bir inanc olub olmadığını soruşmağa başlamışlar.

        Mehdi mövzusunda qədim və yeni Şiə alimləri tərəfindən geniş kitab və əsərlər yazılmış olmasına [1] və bəzi münasibət və yerlərdə təşkil edilən müxtəlif konfranslarda alimlər tərəfindən edilən şərhlərə baxmayaraq yenə də bu mövzu Əhli Sünnədən bir çoxlarının nəzərində naməlum və qarışıq bir mövzu olaraq qiymətləndirilməkdədir. Səbəbi isə onların bu xüsusdakı hədisləri eşitməyə adət əldə etməmiş olmalarıdır. O halda İslami inanclarda Hz Mehdi (ə.f) inancının həqiqət və yeri nədir? Bu mövzunu iki hissədə araşdıracağıq:

        a) Kitab və Sünnədə Hz. Mehdinin (ə.f) yeri.

        b) Hz. Mehdinin (a. f) həyat, qeybət və zühuru.

        Birinci mövzuya gəlincə Şiə və Əhli Sünnə Hz. Rəsulullahın səhabələri Mehdi ilə müjdələyərək onun axır zamanda zühur edəcəyini bildirmiş olduğu barəsində ittifaq etmişlər. Şiə və Əhli Sünnə Hz. Mehdi (ə.f) ilə əlaqədar hədisləri öz Səhih və Müsnədlərində nəql etmişlər. Bu mövzuda da biz təəhhüd etdiyimiz üzrə yalnız Əhli Sünnənin öz nəzərində səhih və sabit olan hədislərə istinad edəcəyik:

        Əbu Davudun Sünənində bu mövzuda Hz Rəsulullahdan (s) nəql edilən bir hədis belədir. “Əgər dünyanın ömüründən bir gün belə qalsa Allahı Təala o günü uzadacaq və mənim Əhli Beytimdən adı mənim adım, atasının adı da mənim atamın adı olan birini göndərəcək, O, yer üzü zülm və təcavüzlə dolduqdan, sonra təkrar ədalət və bərabərliklə dolduracaq ,”[2]

        Ayrı bir rəvayətə görə Rəsulullah (s) belə buyurur. “Biz elə bir Əhli Beytik ki, Allah Təala dünya yerinə axirəti bizim üçün seçmişdir, Məndən sonra mənim Əhli Beytim şiddətli bəla və zülmlə qarşılaşacaqlar, Sonra şərq tərəfindən qara bayraqları olan bir qövm gələcəkdir, Onlar xeyiri tələb edəcəklər, amma onlara verilməyəcək, Onlar hərb edib zəfərə çatacaqlar, O zaman onların istədikləri şeyi verəcəklər, amma onlar qəbul etməyəcəklər, Onlar onu (o qara bayrağı) mənim Əhli Beyt’irnden olan birinə verəcəklər, O yer üzünü zülmlə dolduğu kimi ədalətlə dolduracaq.

 

[1] – Məsələn şəhid M. B. Sadrın yazdığı “Yaşayan Mehdi” kitabı

[2] – Sünəni Əbu Davud, c. 2, s. 422.

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir. 

Leave a Comment