Gizli doğum

İmam Əliyyən Nəqi(ə) və imam Həsən Əsgərinin (ə) imaməti dövründə Bəni Abbas hakimləri arasında böyük bir narahatçılıq yaranmışdı. Onların narahtçılığının səbəbi Peyğəmbər (s) və İmamlardan (ə) gələn çoxlu hədislərdə İmam Həsən Əsgərinin (ə) övladının olacağının və dünyanı ədalətlə dolduracağının bəşarət verilməsi idi.( Muntəxəbul-əsər, 25 və 34-cü bab ) Buna görədə bu iki böyük şəxsiyyət xüsusi ilədə İmam Həsən Əsgəri (ə) ciddi nəzarət altında idi və xilafət çalışırdı ki, bu uşağın dünyaya gəlməsinin qarşısını alsın.( Muntəxəbul-əsər, 291-ci səhifə)

Buna görədə İmam Zaman (ə.f.) ağanın ana bətnində olduğu dövrü və dünyaya gəlişi camaatdan gizlin saxlanılırdı. İmam Rzanın (ə) buyurduğuna görə O həzrətin xüsusiyyətlərindən biridə gizlin dünyaya gəlməsi idi. Çoxlu hədislərdədə buyurulmuşdur ki, İmam Mehdinin (ə.f.) həzrəti İbrahim (ə) və həzrəti Musaya (ə) oxşarlıqları var.

İmamın dünyaya gəlişindən sonra İmam Həsən Əsgərinin (ə) xüsusi dostları və səhabələrindən başqa heç kim onun övladı Mehdini (ə.f.) görməmişdi, əlbəttə bu görüşlərdə ayrı-ayrı keçirilirdi.( Muntəxəbul-əsər, 291-ci səhifə )

 

 

Tərcümə: Ruqəyyə Neynəvayi

“Hezaro yek nokte” müəllif: Muhəmməd Rəhməti Şəhr-Rza

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment