Bismillahir Rəhmanir Rəhim
Qurani-Kərimdə həzrəti İmam Məhdi (ə)-la bağlı olan ayəti-şərifələrdən biri də mübarək Fəth surəsinin 25-ci ayəsidir. Allahu-təala ayəti-şərifədə buyurur: “Əgər onlar (müsəlmanlardan) ayrı olsaydılar onların küfr edənlərinə ağrılı bir əzab verərdik”.
İbn Babəveyh Səduq (r.ə) belə nəql edir: Bizə Müzəffər ibn Cəfər ibn Müzəffər əl-Ələvi rəhiməhullah Cəfər ibn Muhəmməd ibn Məsuddan, o atasından, o Əli ibn Muhəmməddən, o Əhməd ibn Muhəmməddən, o Həsən ibn Məhbubdan, o da İbrahim əl-Kərxidən nəql edib dedi:
“Əba Əbdillah (Sadiq) (ə)-a dedim: Allah sizə kömək olsun, məgər Əli (ə) Allahın dinində güclü deyildi?
Buyurdu: Bəli, elə idi.
Dedim: Bəs necə oldu ki, insanlar ona qalib gəldilər? Necə oldu ki, Əli (ə) onları geri oturtmadı? Ona bunu etməyə nə mane oldu?
Həzrət (ə) buyurdu: İzzət və cəlal sahibi olan Allahın kitabındakı bir ayə ona (ə) mane oldu. Dedim: o hansı ayə idi?
Buyurdular: Allahu-təalanın bu sözü: “Əgər onlar (müsəlmanlardan) ayrı olsaydılar onların küfr edənlərinə ağrılı bir əzab verərdik”. Həqiqətən də izzət və cəlal sahibi olan Allahın kafir və münafiqlərin sülblərində mömin olan “əmanətləri” var idi. Əli əleyhis-səlam bu əmanətlər onlardan çıxmayınca ataları öldürə bilmədi. Elə ki, çıxdılar o zaman qarşı gələnlə döyüşüb vuruşdu. Biz Əhli-Beytin Qaimi (ə.f) də belə olacaq. İzzət və cəlal sahibi olan Allah əmanətləri çıxarmayınca zühur etməyəcək. Elə ki, çıxardı, o zaman qarşı gələn kəslərlə vuruşub onları məhv edəcək“ (Kəmalud-din: c.2, s.461).
Həmçinin, bu mənada başqa bir hədis də Əli ibn İbrahim yolu ilə nəql edilmişdir. (Kəmalud-din: c.2, s.461)
“Həqiqətən də bunda düşünən kəslər üçün nişanələr vardır” (Rəd surəsi, 3).
“Əl-Məhəccə”, Seyyid Haşim Bəhrani
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.