Fəqihləri inkar etmək, İmam Zamanı (ə) inkar etməkdir

Bismillahir rəhmanir rəhim

 

Mərhum Hacı Hüseyn Nizam özünün şəxsi yazılarından birində belə qeyd edir:

“Alimləri inkar etmək, İmam Zamanı (ə) inkar etməkdir. Mən özüm şəxsən iki bazar alverçisinin Seyyid Burucerdi barədə pis danışdıqlarını və onun barəsində söyüş və təhqiramiz sözlər işlətdiklərini eşitmişdim.

Bunun üzərindən az bir müddət keçmişdi ki, Hacı Seyyid Əli Bəhbəhani mənim yanıma gəldi. O zaman o Qumda yaşayırdı və hələ Tehrana köçməmişdi. Mənim yanıma gəlib dedi: Nizam qardaş, bir yuxu görmüşəm.

Dedim: Xeyirdir inşəallah, buyur, danış.

Dedi: Yuxuda görmüşəm ki, Sahibəz-zəman (ə) zühur edib və Bostane-Həndəsiyyə məntəqəsində özünə bir ev tutub. (Qeyd edilən məkan hal-hazırda sulu ərazidir). Mən (yuxuda) ora getdim və gördüm ki, orada düşərgə qurulub. Düşərgənin ortasında isə böyük bir xeymə var idi və Sahibəz-zəman (ə) oranı özünə qərargah seçmişdi. Xeyməyə tərəf irəlilədim. Elə ki, İmamı (ə) gördüm, salam verdim. Bu zaman gördüm ki, həzrət bir qılınc çıxarıb mənə verir və deyir: Get filankəsi və filankəsi öldür, gəl.

Seyyid Bəhbəhani sözünün bura yerinə yetişmişdi ki, onu qabaqlayıb dedim: Ağacan, onlar filankəs və filankəsdirlər?

Bu zaman o oturduğu yerdən qalxıb mənə tərəf gəldi və dedi: Bəli, bəli! Lakin sən haradan bilirsən?

Dedim: Onlar Seyyid Burucerdiyə söymüş və ona qarşı cəsarət etmişdilər.

Dedi: Bəli, bəli, həqiqətən də onlar həmin iki şəxs idilər”.

 

Əli Cuhrəmi, “Riayətul-İmam əl-Məhdi lil-mərace vəl-uləmail-ə`lam”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment