Bismillahir Rəhmanir Rəhim
İmamı Zamanın 4-cü naibi Şeyx Ebul Həsən Əli b. Məhəmmədi Səmuridir. İbni Tavus onun haqqında belə yazır: “İmam Həsən Əsgəri və İmam Hadiyə xidmət etmiş və bu iki İmam özü ilə məktublaşmışdır. Bir çox təvkilər onun adına yazılmışdır və şiələrin etibarlı şəxsiyyətlərindən biridir. “[1]
Əhməd b. Məhəmmədi Safvani belə deyir: “Hüseyn b. Ruh, Əli b. Məhəmmədi Semurini öz yerinə vəkil təyin etdi, amma Əli b. Məhəmmədin vəfatı yaxınlaşınca şiələrdən bir qrup hüzuruna çataraq yerinə kimin keçəcəyini soruşdular. O belə buyurdu: “Mən hər hansı birini yerimə keçirməklə vəzifələndirilmədim. “[2]
Əhməd b. İbrahim b. Muhalləd belə deyir: “Bir gün Əli b. Məhəmmədi Səmuri belə buyurdu: “Allahı Təala Əli b. Babeveyhi Qumuya rəhmət etsin.” Oradakılar bu sözün deyildiyi tarixi qeyd etdiler. Daha sonra o gün Əli b. Babeveyhin vəfat etdiyini xəbər aldıq. Səmuri də H. 329 ilində vəfat etmişdir.”
Həsən b. Əhməd belə deyir: “Əli b. Məhəmməd Səmurinin vəfatından bir neçə gün əvvəl hüzuruna yetişdim . İmamı Zaman tərəfindən yazılan məktubu insanlara oxudu, məzmunu belə idi: “Ey Əli b. Məhəmmədi Səmuri! Allahı Təala qardaşlarının əcrini sənin vəfatında böyük etsin. Çünki altı günə qədər əcəlin gələcək, vəfat edəcəksən. İşlərini nizama qoy. Amma heç kimi yerinə keçirmə. Bundan sonra qeybəti kübra olacaq. Mən Allah icazə vermədikcə, uzun bir zaman keçmədikcə, ürəklər qatılaşmadıqca və yer üzü zülmlə dolmaydıqca əsla zühur etməyəcəyəm. Aranızda məni gördüyünü iddia edənlər olacaq. Amma bilin ki Süfyaninin ortaya çıxışından və göydən gələn səsdən əvvəl hər kim məni gördüyünü iddia etsə yalançıdır. “[3]
Adı çəkilən dörd adamın şəxsiyyəti şiələr arasında çox məşhur və məqbul idi. Bəziləri də yalan yerə bu mövqeyə təyin edildiklərini iddia etdilər. Amma bir bürhanları olmadığı üçün yalanları ortaya çıxdı və rüsva oldular. (Həsəni Şərisi, Məhəmməd b. Nasiri Numeyri, Əhməd b. Kərhi, Məhəmməd b. Əli b. Bilal, Məhəmməd b. Əli Şəlməgani və Əbu Bəkiri Bağdadi vs… kimi)
[1] – Ricalı Mamaqani, c. 2, s. 304.
[2] – Bihar-ul Ənvar, c. 51, s. 360.
[3] – Bihar-ul Ənvar, c. 51, s. 361.
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.