Dərs 1. İmamət

  Bismillahir-rəhmanir-rəhim

(1-ci dərs)

İmamın tərifi:  İmam Allah tərəfindən təyin olmuş ilahi rəhbərə deyilir.

İmam Rza (ə)-ın  bir hədisində belə buyurulur:    İmamət dinə rəhbərlik, müsalmanların nizam-intizamı, dünyanın abadlığı və möminlərin izzəti deməkdir. İmamət həqiqi İslamın əsası və onun gövdəsidir. İmam vasitəsilə namaz, zəkat, oruc, həcc və cihad kamilləşir, beytul-mal və sədəqə (yoxsullara kömək) çoxalır, qanun və hökmlər icra olunur və İslamın sərhədləri qorunur. İmam Allahın halalını halal, haramını haram bilir, Allahın hökmlərini icra edir, Onun dininin müdafiəsində dayanır. Elm, yaxşı nəsihət, möhkəm və tutarlı dəlillərlə (insanları) Rəbbinə doğru dəvət edir! ”

Bunuda qeyd edək ki, imamət şiə məzhəbinin əqidə əsaslarından biridir.

            Yer üzü İlahi höccətsiz qalmaz

 

Rəvayətlərdə təkidlə vurğulanan məsələlərdən biri də yer üzünün İlahi höccətsiz qalmamasıdır. Əhli-Beyt İmamlarından bizə gəlib çatan çoxlu rəvayətlərdə bu məsələyə dəfələrlə toxunulmuş və yer üzünün İlahi höccətsiz qalmayacağı göstərilmişdir. “Üsuli-kafi” kitabının iki bölümü bu məsələyə həsr edilmiş və orada məsum İmamlardan (ə) 18 rəvayət nəql olunmuşdur. Aşağıda hər iki bölümün bəzi rəvayətlərinə işarə edəcəyik:

İmam Sadiq (ə)-dan nəql olunan bir hədisdə belə buyurulur:

“Yer üzü heç vaxt imamsız qalmaz; əgər möminlər (səhvən ilahi təlimlərdə) bir şeyi artırsalar, onların qarşısını alar, əgər bir şeyi azaltsalar, onu bərpa edər.”

Həzrətdən nəql olunan başqa bir hədisdə buyurulur:

“Allah-Taalanın yer üzünü ədalətli bir imamsız qoyması qeyri mümkündür!”

Hətta bəzi hədislərdə göstərilir ki,əgər yer üzü bir an belə ilahi höccətsiz qalsa, zəlzələ baş verər və yer əhlini özünə çəkər. O həzrət (ə) başqa bir yerdə belə buyurur:

“Əgər dünyada yalnız iki nəfər qalsa, onların biri mütləq imamdır!”

Üsuli-kafi kitabı ilə yanaşı Nəhcül-bəlağə kitabında da buna aydın işarə edilmişdir. Beləki İmam Əli (ə)-ın Kumeyl ibn Ziyada buyurduğu mühüm bəyanatında belə göstərilmişdir:

“Yer üzü heç vaxt (dinin dayağı olan) ilahi höccətsiz qalmaz. Mümkündür o, aşkara çıxıb tanınsın, ya da qeybdə qalaraq məxfi dolansın. Səbəbi budur ki, Allahın dəlil və aydın nişanələri aradan getməməli, həmişə yer üzündə mövcud olmalıdır!”

Beləliklə, hər bir əsr və dövrdə yer üzü ilahi höccətsiz deyildir və bu məsələ Əhli-Beyt (ə) məktəbinin qəti etiqadlarındandır.

       İmamın vücudunun fəlsəfəsi

 

Xacə Nəsrəddin Tusi “Təcridul-etiqad” kitabının “Nübuvvət ” fəslində peyğəmbərlərin besətininin səbəbini açıqlayərkən doqquz səbəb qeyd etmişdir. Bunuda qeyd edək ki, peyğəmbərlərin gəlişindəki məqsəd, yaxud vücudunun zərurəti haqda deyilənlər imamlara da aiddir.                                                                  

1. Əqli mərifətin nəqli yolla qüvvətləndirilməsi. Belə ki, insan əql qüvvəsi ilə bir çox nəzəri və əməli həqiqətləri dərk etsədə, bəzən qəlbində şübhələr baş qaldırır. Bu isə bir şeyə inam və imanın qarşısını alır. Amma əqlin hökmləri ilahi və məsum rəhbərləri bəyanı ilə təsdiq edildik də, bütün maneələr aradan qalxır, insan qəlbən rahatlıq tapır və hər hansı işə meyli artır.                                

2. Bəzən insan bir sıra işlərdən çəkinir və qorxur ki, onun əməli Allahın istəyinə əks olsun. İlahi rəhbərlərin icazəsi ilə bu qorxu aradan qalxır.                                                             

3. İnsanın bütün əməl və rəftarları “əql yaxşı-pisi dərk edir” ölçüsünə yerləşmir. Çox olar ki, əql bir işin yaxşı, yaxud pis olduğunu dərk etməsin. Yaxşını pisdən ayırd etmək üçün ilahi rəhbərlərə ehtiyac duyulur.                            

4. İnsan ilahi rəhbərlər olmadan, yalnız öz düşüncəsi ilə xeyir-ziyanını dərk etməyə qadir deyildir.

5. İnsan ictimai bir varlıq olduğundan fərdlər bir-birləri ilə həmkarlıq və bir-birlərinə kömək etmədən həyatın problemlərini həll etməyə qadir deyillər. Şübhəsiz, bütün fərdlərin hüquqlarını qoruyan, onları düzgün istiqamətləndirən qanunlar olmadan ictimai ədalət bərpa olunmayacaq, istənilən nəticə əldə edilməyəcək. Bu qanunları tam mənada düzgün ayırd və icra edə bilən kəs yalnız agah, pak və məsum ilahi rəhbərlər ola bilər.

6. İnsanlar kamilliyi dərk etmək, elm və maarifə yiyələnib fəzilətlər qazanmaq baxımından bir-birləri ilə fərqlənirlər; bəziləri buna tam qadir, bəziləri isə acizdirlər. İlahi rəhbərlər birinci qrupa təkan verir,ikinci qrupa kömək edirlər ki, hər ikisi mümkün kamala çatsın.

7.  Ümumiyyətlə, insan həyatı elm,sənət və digər sahələrlə sıx əlaqədardır. İlahi rəhbərlər isə onların inkişafında çox güclü mühərrikdirlər.

8. İnsanlar öz əxlaqi səciyyələri ilə bir-birlərindən fərqlənirlər. Onların düzgün təlim-tərbiyəsində pak və məsum kəslərə ehtiyac vardır.

9. İlahi rəhbərlər itaətlə bağlı savab və mükafat,günahla bağlı cəza və əzabdan tam agahdırlar. Onların əməllərinin aqibəti ilə bağlı xəbardarlıqları hər hansı vəzifənin düzgün yerinə yetirilməsində güclü amil sayılır.

Allah  bizi  İmamı tanıyıb , ona itaət  edən bəndələrindən qərar versin, Amin!

Məqalələrdən istifadə etdikdə zuhuradogru.org saytina keçidli istinad zəruridir.

4 thoughts on “Dərs 1. İmamət”

  1. Aciz bəndənin sizlərə öz naqis əqlindəm bir tövsiyə verməyimi istərdim, dərsliyin ikinci hissəsi sayılan Şeyx Tusi aganin çıxışı gözəl vurğulanıb. Mümkünsə ona bənzər məqalələri qeyd edərdiniz

Leave a Comment