Bismillahir Rəhmanir Rəhim
Dəccalın zühuru da Hz. Mehdinin zühurunun əlamətlərindən biridir. Dəccalı belə təsvir edirlər: Kafir biridir. Bir gözü kordur. Bir gözü də alnındadır və ulduz kimi parlamaqdadır. Alnında belə yazılmışdır: “Bu Kafirdir”. Bunu oxuma-yazması olan və ya olmayan hər kəs oxuya biləcək. Hər bir addımı bir mil qədər olan ağ bir eşşəyə minəcək. Göylər onun əmriylə yağış yağdıracaq, yer üzü bitki bitirəcək. Yer üzünün xəzinələri onun əlində olacaq. Ölünü dirildəcək və hər kəsin eşidəcəyi gur bir səslə belə deyəcək: “Mən sizin uca tanrınızam ki, sizləri yaratmış və ruzi verməkdəyəm. Mənə doğru qaçın.”
Deyildiyinə görə bu şəxs Peyğəmbər (s) zamanında həyatda olmuş, adı da Abdullah və ya Səid b. Sayd olmuşdur. Peyğəmbər (s) və səhabələri tanrılıq iddia edən bu şəxsin evinə getmişlər. Ömər onu öldürmək istəmiş, amma Peyğəmbər (s) mane olmuşdur. İndiyə qədər də guya sağ qalmış və axır zamanda İsfahanın yəhudi kəndlərinin birindən zühur edəcək. [1]
Əvvəllər Xristian olub h. 9-cu ildə müsəlman olan Təmim-ud Darinin “Mən Dəccalı bir adada gördüm ki zəncirlərə vurulmuşdu”, – dediyi nəql edilmişdir. [2]
Dəccala ingiliscə Antichrist deyilir ki, “Məsihin düşməni (antisisə)” mənasını ifadə edir. Dəccal sözü müəyyən bir insanın adı deyildir. Ərəbcədə yalançı və hiyləgər hər kəsə “dəccal” deyirlər. İncildə də “dəccal” sözü bir çox yerdə gözə dəyir.
Yuhannanın ilk məktubunda belə yazır: “Yalançı kimdir? İsanın Məsih olduğunu inkar edəndən başqasıdırmı? Ata və oğulu inkar edən dəccaldır.” [3]
Yenə eyni məktubda belə yazır: “Dəccalın gələcəyini eşitmisiniz. Bu anda da dəccallar olduqca çoxdur.” [4]
Digər bir yerində: “Mücəssəm olmuş (cisimləşmiş) İsanı inkar edən bir ruh, Allahdan deyil, gələcəyini eşitdiyiniz dəccalın ruhudur və o, bu anda dünyadadır.” [5]
Bir başqa babda isə belə keçir: “Dünyada bir çox pozğunlar ortaya çıxmışdır, cisimləşən İsa Məsihi inkar edirlər, bax onlar pozğun və dəccal olanlardır.” [6]
Bu İncil ayələrindən də aydın olduğu kimi dəccal yalançı və fırıldaqçı mənasınadır. Dəccalın çıxışı və həyatda olması o zamanlar da xristiyanlar arasında məşhur idi və onlar onun çıxışını gözləyirdilər.
İslamda da Dəccalın varlığı haqqında bəzi hədislər vardır. İslam Peyğəmbəri (s) xalqı Dəccaldan çəkindirir, camaata onun çıxaracağı fitnələri xəbər verirdi. Necə ki, bir hədisində belə buyurur: “Nuhdan sonra göndərilən bütün peyğəmbərlər öz qövmlərini Dəccal fitnəsindən çəkindirmişlər.” [7]
“Özünü peyğəmbər sanan otuz dəccal zühur etmədikcə qiyamət qopmaz.” [8]
Peyğəmbər (s) belə buyurmuşdur: “Otuz yalançı Dəccal zühur edib Allah və Rəsuluna yalan şeylər isnad etmədikcə qiyamət qopmayacaq.” [9]
Həmçinin Hz. Peyğəmbər (s) belə buyurmuşdur: “Dəccal zühur etmədən əvvəl yetmiş Dəccal zühur edəcək.” [10]
Adı çəkilən hədislərdən də aydın olduğu kimi Dəccal müəyyən bir şəxs adı deyildir. Bütün yalançı və sapdırıcı kəslər üçün istifadə edilməkdədir. Dəccal hekayəsinin mənşəyini İncildə və xristianlarda axtarmaq lazımdır. Daha sonra bu barədə bir çox hədis, xüsusilə əhli-sünnə kitablarında və onların tariqiylə nəql edilmişdir. Nəhayət Dəccal hadisəsinin əsli doğru ola bilər, amma haqqındakı vəsf və təriflərin etibarlı bir sənədi yoxdur.
Bu səbəbdən Dəccal hadisəsinin əsli doğru da olsa bir sıra xurafat və əsassız şeylərlə qarışmış və gerçək mahiyyətini itirmişdir. Bu səbəblə bunu söyləyə bilərik: Axır zamanda və Hz. Mehdinin zühuruna yaxın bir zamanda yalançılıq və hoqqabazlıqda qabaqda gələn biri zühur edəcək və bu şəxs yalançılıqda digər Dəccallardan daha qabaqda olacaq. Yalanlarıyla bir çoxlarını sapdıracaq. İnsanlara həyat, su və çörəklərinin özünün əlində olduğunu söyləyərək onları özünə uyduracaq. İnsanların bəzisi də hər şeyin onun əlində olduğunu sanacaq. Yalançılıqda elə bir həddə gələcəkdir ki, yaxşı işləri pis, pis işləri də yaxşı göstərməyə çalışacaq. Cəhənnəmi cənnət, cənnəti də cəhənnəm olaraq göstərəcək. Amma küfr içində olduğu hər kəsə məlum olacaq.
Biz Səid b. Saydın vəd edilmiş Dəccal olduğu və Hz. Rəsulullahın (s. a. a) zamanından indiyə qədər yaşadığı barəsində mötəbər bir dəlilə sahib deyilik. Həm hədisin sənədi zəifdir, həm də Peyğəmbər (s) Dəccal haqqında belə buyurmaqdadır: “Məkkə və Mədinəyə girməyəcək.” Halbuki Səid b. Sayd Mədinədə vəfat etmiş və xalqdan bir qismi də onun öldüyünü görmüşdür. [11]
Hz. Peyğəmbər (s) Səidi Dəccal olaraq tanıtmışsa da, yalançı mənasındakı dəccaldır, zühurun əlamətlərindən biri olan vəd edilmiş Dəccal deyildir. Başqa bir təbirlə İslam Peyğəmbəri Səidi görmüş və onu səhabələrinə bir dəccal nümunəsi olaraq tanıtmışdır. Bəli Peyğəmbər (s) axır zamanda zühur edəcək olan Dəccaldan danışdığı üçün bu ikisi qarışdırılmış və insanlar bu barədə yanılmaya düşmüş ola bilərlər, yəni Peyğəmbərin dəccal olaraq adlandırdığı Səidin axır zamanda zühur edəcək olan Dəccal olduğunu sanaraq onun sağ olduğunu və uzun müddət yaşadığını söyləmişlər.
[1] Bihar-ul Ənvar, c. 52, s. 193-197, Səhihi Müslim, c. 18, s. 46-87, Sünəni Əbi Davud, c. 2, s. 212.
[2] Səhihi Müslim, c. 18, s. 79, Sünəni Əbi Davud, c. 3, s. 214.
[3] Yuhanna Risaləsi, 2.Bab, 22.ayə.
[4] Yuhanna Risaləsi, 1.Bab, 18. ayə.
[5] Yuhanna Risaləsi, 4.Bab, 3.ayə.
[6] Yuhanna 2. Risalə, 7. ayə.
[7] Bihar-ul Ənvar, c. 52, s. 197.
[8] Sünəni Əbi Davud, c. 2.
[9] Sünəni Əbi Davud, c. 2.
[10] Məcməuz Zəvaid, c. 7, s. 333.
[11] Bihar-ul Ənvar, c. 52, s. 199.
“Imam Mehdinin (ə.f) zühuru” kitabından
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir
Zennimce Deccal da Firon kimi “Rebbinizem”-deyir, Allahinizam demir, Rebb= terbiye eden ve idare eden. Firon zenn edirdi dunyani ozu idare edir. Bu gunun de deccali Masonlardirlar, onlar haqda axtaris apardiqda “dunyani idare eden quvve”- adiyla gelir, hansi ki Barak Obama ve s-ler ele buna uzvdurler. Deccal sozu erebceden “deccala” sozunden goturulub, menasi uzerin ortmek demekdi, erebler vaxtinda deve xeste olduqda qatranla uzerine tokub onu yaxsi gosterirdiler, bu gun de avropa medeniyyeti daxilen curuk ve pozgunluq olduqu halda zahiren gozel gorsedirler.
Bismillah. Əs-salamu aleykum və rəhmətullahi və bərəkatuh.
Ümumən dəccal barəsində nəzərlər müxtəlifidir. Masonları dəccal adlandıranlar da var. Hətta televizoru belə dəccal adlandıran bəzi əqidələr mövcüddur.
Aleykum Salam, bəli o cürdür, ama masonların dəccal adlandırılması daha çox hədislərlə uyğun gəlir, tək göz məhz onlardadır, hədisdə deyilir dəccal filan yerlərə girəcək, məhz ABŞ ordusu o yerlərə girib, hədisdə deyilir dəccalın ulağının qulağı uzun olacaq və dənizdən tullana biləcək, əgər nəzərimizdə ulağın qulaqlarını arxaya doğru uzatsaq o zaman təyyarənin qanadları formasında bir mənzərə alınacaq ki, bunun dəryaların üstü ilə keçməsi mümkündür. Hədisdə imam Əli(ə) buyurur dəccalın gözü arxasında günəş kimi işıq saçacaq, məhz masonlardakı simvol bu cürdür, hədisdə deyilir dəccalın sağ gözü kordur, bəzisi bu sağ gözü Axirət mənasına yozur, yəni dəccal camatı dünyaya səsləyəcək və Axirət gözlərini kor edəcək, məhz masonlara üzv olan müğənni və s-lər əllərini sağ gözlərinə qoyub onu bağlayıb şəkil çəkdirirlər. Allah bütün dəccallara lənət etsin, ama Mehdinin(ə) məhv edəcəyi Dəccal məhz inşAllah budur, bunlar kimisi olmayıb, biz uşaqların tərbiyəsini də bunlara tapşırırıq, bunların maliyə və istəyi formasında çəkilən cizgi filmlərlə böyüyürlər, media bunlara işləyir, iŞİD-i bunlar düzəldib atırlar ortaya, şeytan və cinlərlə 53cü bölgədə bunlar əlaqəyə girirlər, hansı ki “Həzrəti Süleyman Səltənəti” filmində deyilir cinlər bir daha gələcək yer üzünə, o mənada ki cismləşəcəklər və s.. məhz bu istiqamətdə bunlar çalışırlar, 53cü bölgədə yerin cazibəsini dəff edə bilən uçan boşqabı sınaqdan keçirillər,hansı ki yerin cazibəsini dəff edən dairəvi uçan cismi alim kəşf edəndə onun lahiyəsini dayandırdılar ki çox benzin içir, HARP texnikası da bunlardadır, hansı ki onun vasitəsiylə süni möcüzələr yaradırlar, yağış yağdırırlar, bunlar hamsı elmdə tapılan və asant şeylərdi, sadəcə gizlədib özlərinə sərf edən formada işlədirlər, hansı ki youtube-da yayılan “Məkkəyə enən mələk” lahiyəsini görək müsəlmanlar inanırmı ya yox-deyə bunlar sınaqdan keçirdilər, Roma papasını çıxartdıqları vaxt kilsəyə ildırımı özləri saldılar, guya Allah narazı qalıb:)) indi də səs lahiyəsini düzlədirlər, hansı ki Amerkada və s- yerdə guya mənbəyi bilinməyən səslər gəlir, necə ki, hədisdə deyilir göydən imam Mehdinin(ə) zühur edəcəyi səsi gələndə ardıyca da yer üzündən şeytan elə səs deyəcək ki, şübhəyə salacaq, bəli şeytanın işini görən məhz bu insani şeytanlardılar, Quran da deyir ki, o şeytan ki insanlardan da olur, cinlərdən də. Cizgi filmlərində və kinolarda da hələki camaatı uçan boşqabın varlığına inandırırlar, Yəməndəki inqilabdan qorxuya düşdülər, çünki Mehdinin(ə) bütün təfsilatı ilə gəlişini bilirlər, məhz araşdırma nəticəsində Fironun nəslindən olanlar bunlardılar, hansı ki Quranda buyrulur “biz firon nəslini də xəbərdar etdik”, firon kimi bunlar da piramida simvolu tikirlər girdikləri yerdə, amma nə qədər əlləşsələr də, Allah Quranda buyurur ki, həqiqətən onların tökdükləri hiylələr dağları yerindən oynadardı, amma Allahın elminin hər şeyi əhatə etməsi… Bəli Allah bura yazdıqlarımı dünyanı yaratmamışdan da bilirdi, sadəcə divara sıxılmağımız sınaq üçündür, Firon Musanın (ə) arxasıyca düşəndə Musa (ə) ondan daha əvvəl dənizin sahilinə gəlib çıxmışdı, amma Allah dənizi o dəyqa ikiyə bölmədi. Elə ki divara sıxılma imtahanına girdilər, dedilər ey Musa(ə) bizi öldürməkçün bura gətirmişdin? Beləcə içlərində olanı ortaya qoyduqlarından sonra dəniz yarıldı, qabaqcadan heç ağıllarına da gəlməzdi bəlkə o dənizin yarılacağı… Biz oxuyub bilirik onlar ora gedəndə dəniz yarılacaqdı, amma o vaxtda olsaydıq və bilməsəydik.. Bu gün də bu vaxtdayıq, biz imtahan olunuruq. Zənn edirik masonlar dünyanı idarə edir, halbuki onlar bir vaxt altlarını batıran uşaq idilər, indi də başlarına bir dəyənək dəysə ağılları qaçar və küçədə gördüyümüz dəlilər kimi gəzərlər, ey kaş Allah bizi öz halımıza buraxmasın:((