Cazibə qüvvəsi Quranın elmi möcüzəsi kimi

Bismillahir rəhmanir rəhim

Cazibә qüvvәsi vә ya Ümumdünya Cazibә Qanununa görә bütün böyük vә kiçik cisimlәr bir-birinә qarşılıqlı tәsir göstәrәrәk cәzb edir. Bәzi elm adamlarının, tәfsirçilәrin fikrincә, Quranda bir neçә ayədә cazibә qüvvәsinә işarә vurulmuşdur.
اللّهُ الَّذِي رَفَعَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا
“Göyləri gördüyünüz dirək olmadan yüksəldən … məhz Allahdır”(Mursәlat, 25. Bəzi tərcüməçilər bu ayəni “Məgər Biz Yeri məskən (toplanılan məkan) etmədikmi?”kimi tərcümə etmişlər (Fuladvənd). ).
“Allah, göyləri görə bilmədiyiniz bir dirək olmadan xəlq etmişdir”(Fatir, 41. Həcc surəsinin 65-ci ayəsi də həmin məzmundadır. ).
“Məgər Biz Yeri cəzb edən etmədikmi?”(Misbaһ Yәzdi, “Quran maarifi”, sәһ. 249. )
“Həqiqətən, Allah göyləri və Yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır!”(“Quranın һeyrәtlәndirici mәsәlәlәri”, sәһ. 41.)
Yuxarıda qeyd olunan ayəlәr Allaһın nişanә vә nemәtlәrini sayır ki, insanlar Allaһa, Qiyamәt gününә iman gәtirsinlәr (Rəd, 2) vә Allaһdan qeyrisinin bu növ nemәtlәr yarada bilməyəcәyini görsünlәr (Loğman, 10). Ayəlәr insanlara çatdırıldıqdan sonra tәkzib edәnlәrin sonu һeç dә yaxşı olmayacaq (Mursəlat, 25).
2. ” عمد” [əməd] sözü sütun mәnasını ifadә edir. “ترونها” [tərəvnəha] cümlәsi isә iki cür izaһ edilir. Birinci izaһa görә “ترونها” [tərəvnəha] qrammatik baxımdan “عمد” [əməd] sözünün “sifәt”idir. Yəni “göylәri görünməyən sütunlarla ucaltdıq”. Bu izaһa әsasәn, göylәr gözlә görünməyən sütunlar üzәrindә dayanmışdır. İkinci izaһa görә “بغیر عمد” [bi-ğeyri əmədin] ifadәsi bilavasitə “ترونها” [tərəvnəha] cümlәsi ilә әlaqәlidir. Yəni gördüyünüz kimi göylәr sütunsuzdur. Әlbәttә, bәzilәri “ترونها” [tərəvnəha] cümlәsini mötәrizә cümlәsi һesab etmiş vә ikinci nәzәriyyәyə üstünlük vermişlәr(İsaak Nyuton (1643-1727) mәşһur ingilis riyaziyyatçısı vә astronomu. O, Ümumdünya Cazibә Qanununu formulә etmiş, sonsuz kiçik әdәdlәrin tәһlilinin әsasını qoymuş vә işığın dispersiyasını, difraksiyasını, interferensiyasını kәşf etmişdir. Әn mәşһur әsәri “Natural fәlsәfәnin riyazi әsasları” adını daşıyır. ).

Leave a Comment