Bismillahir rəhmanir rəhim
1-Allah Rəsulu (s): “Atam-anam qurban olsun mənimlə eyni adda olan şəxsə, mənə və Musa ibn İmrana bənzəyən şəxsə..” (Kifayətul-Əsər: 158).
2-Əmirəl-möminin (ə): “Atam qurban olsun kənizlərin ən üstününün oğluna” (Qeybəti-Numani: 214). “Ah (bunu deyib əli ilə sinəsinə işarə etdi): Necə də onu görmək istərdim” (Qeybəti-Numani: 228). “Ah, ah, onları necə də görmək istərdim” (Kəmalud-din: 1/291).
3-İmam Baqir (ə): “Atam-anam qurban olsun mənimlə eyni adda və eyni künyədə olan şəxsə: məndən sonrakı yeddinci şəxsə. Atam qurban olsun yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, ədalət və düzlüklə dolduracaq olana” (Qeybəti-Numani: 86).
4-İmam Sadiq (ə): “..Ey ağam! Sənin sənin qeybətin yuxumu alıb… Ey ağam, sənin qeybətin müsibətlərimi daimi olan fəlakətlərə çevirib” (Qeybəti-Tusi: 168).
5-İmam Kazim (ə): “Atam qurban olsun gecələr səcdə və rüku halında ulduzlara çobanlıq edən şəxsə. Atam qurban olsun Allah yolunda qınayanın qınağından qorxmayan şəxsə. Atam qurban olsun Allahın işinə əncam verəcək şəxsə – Qaimə” (Fəlahus-sail: 200).
6-İmam Rza (ə): “Atam-anam qurban olsun babamla (s.ə.a.s) eyni adda olan və mənə və Musa ibn İmrana (ə) bənzəyən şəxsə” (Dəlailul-İmamə: 460).
Mikyalul-Məkarim, Ayətullah Fəqih Əhmədabadi
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.