Bismillahir rəhmanir rəhim
89. Camaat namazına etinasızlıq:
Həzrət Əli (ə) buyurur: “Hər kəs camaat namazının azanını eşidə və heç bir üzürü olmadan camaat namazına getməyə, namazı qəbul deyil.”
90. İmanın kökündən məhrum olmaq:
İmam Sadiq (ə) buyurmuşdur: “Bir qarış miqdarında müsəlman camaatını tərk edən kəs imanın kökünü öz boynundan qırmışdır.”
91. Məscidin qonşusu:
İmam Baqir (ə) buyurub: “Məscidlə qonşu olub, lakin camaat namazında iştirak etməyənin namazı kamil deyil. Əgər xəstə və ya başqa üzrlü səbəbi yoxdursa.”
92. Rədd olunmuş namaz
İmam Baqir (ə) buyurub: “Camaat namazının səbəbi müsəlmanların bir yerə cəm olmasıdır. Hər kəs camaat namazını səbəbsiz tərk etsə onun namazı qəbul deyil.”
93. Gecəni əhya saxlamaq.
Şəhid Sani (r) (ikinci şəhid) nəql edir: “Camaat namazında iştirak edə bilməyənlər o gecəni sübhə kimi əhya saxlayıb ibadətə məşğul olardılar ki, bəlkə Allah camaat namazının savabını onlara əta edə.”
94. Namazından bəhrəsizlik:
İmam Sadiq (ə) buyurdu: Camaat namazı yaradıldı ki, camaatla birgə namaz qılanla namaz qılmayan tanınsın. Və o şəxs ki, namazın vaxtına diqqətlidir, namazın vaxtını zay edənlərdən seçilsin. Əgər bunlar olmasaydı, heç kəsin şəhadət verməyə ləyaqəti yox idi. Camaat namazında iştirak etməyənin namazdan heç bir bəhrəsi yoxdur.”
95. Camaat namazını tərk edənlərin cəzası:
Həzrət Əliyə (ə) xəbər verdilər ki, bəziləri camaat namazına gəlmir. Həzrət bir xütbə oxuyub dedi: “Bəziləri bizimlə namaz qılmaq üçün məscidə gəlmirsə, bizimlə yemək yeməsin, su içməsin, məsləhət etməsin, bizdən qız almasın və bizim qənimətimizdən bir şey götürməsinlər. Bu vəziyyət bizimlə məscidə camaat namazına gələnə qədər davam etsin”.
96. Camaat namazının fəzilətindən məhrum olmaq:
Peyğəmbər (c) buyurdu: “Cəbrayıl, Mikayıl, İsrafil və Əzrayıl hər biri həştad min mələklə yanıma gəlib dedilər: “Ey Məhəmməd! Allah sənə salam göndərir və deyir öz ümmətinə bildir: Baxmayaraq ki, onun əməlləri yer əhlinin əməllərindən çoxdur Əgər camaat namazında iştirak etməyibsə, öləndə behiştin iyi o kəsə çatmayacaq. Mən onun o əməllərini qəbul etmirəm. Ey Məhəmməd! Camaat namazını tərk edən mənim yanımda məlundur. Mələklərin yanında və səmavi kitablarda Tövrat, İncil, Zəbur və Furqanda da bu cür şəxslər Allahın lənətinə düçar olurlar. Camaat namazını tərk edən sübhü və əsri Allahın lənətində yaşayır. Ey Məhəmməd! Camaat namazını tərk edənin duasını qəbul etmirəm və rəhmətimi də ona göndərmirəm. Əgər xəstələndilər görüşünə getməyin, elə ki, öldülər təşyi cənazə etməyin, Yer üzündə camaat namazını tərk edənlərdən çox mənim əzabıma düçar olan yoxdur. Ey Məhəmməd! Behiştin iyi camaat namazın tərk edənə nəsib olmayacaq. Ey Məhəmməd! Ölən şəxs camaat namazının əhlindən olmasa onu, cəhənnəm oduna daxil edərəm.”
97. Müstəhəbb əməl:
İmam Sadiqin (ə) əshabından olan Zürarə və Fuzeyl dedilər ki, imam Sadiqdən(ə) soruşduq: Namazı camaatla qılmaq vacibdirmi? İmam buyurdu: “Namaz vacibdir, amma bütün namazları camaatla qılmaq vacib deyil, müstəhəbb əməldir. Əgər bir kəs etinasızlıq ucundan mömin cəmiyyətdən üz çevirsə, namazı qəbul olmaz.
98. Cəbrayılın sifarişi:
Rəsuli Əkrəm (c) buyurdu: “Cəbrayıl məni camaat namazına o qədər sifariş etdi ki, namazın camaatsız səhih və qəbul olmadığını güman etdim.”
99. Dinin müsibəti:
Hatəm Əsəm demişdir: “Camaat namazı mənim əlimdən getdi, fəqət bir nəccar mənə baş sağlığı verdi. Əgər övladım əlimdən getsəydi, on mindən çox adam mənə baş sağlığı verərdi, çünki insanların yanında dinin müsibəti dünyanın müsibətindən yüngüldür.
Abbas Əzizi, Camaat namazının fəzilət və savabı
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.