Cəmiyyətdə diqqət yetirilməli məsələlər

Bismillahir Rəhmanir Rəhim

Bəzi hallarda şeytan bəzi kişilərin qəlbinə o qədər nüfuz edir ki, onların gündəlik rəftar və davranışlarını şübhəli edir.Buna görə də hərdən belə olur ki, bir kişi naməhrəmlə ünsiyyətdə olmağa o qədər meyl edir ki, sanki onun məhrəmidir. Misal üçün, hər hansı bir mətləbi kişidən soruşa bildiyi halda naməhrəm bir qadından soruşur. Bəzən öz söhbətlərini naməhrəmlə uzadır ki, onunla daha artıq söhbət etsin. Naməhrəmlə səfərə çıxmaq, əyləncə məqsədi ilə gəzmək onun üçün daha artıq cazibəli olur. Əgər bir yerdə bir naməhrəm olsa, o da həmin yerdə olmağa daha çox maraq göstərir. Qonaqlıqlarda çalışır ki, naməhrəmlə daha artıq söhbət etsin, onlarla daha artıq ünsiyyətdə olsun, naməhrəmin müqabilində hər bir şeydən artıq özündən canfəşanlıq etsin və bir sözlə, naməhrəmin iştirak etdiyi hər bir işdə başqalarından artıq maraq göstərir və sair.

Kişilər və xüsusilə əziz cavanlar bu cür işlərdən şiddətlə çəkinməlidirlər, çünki bu kimi münasibətlər və söhbətlər adətən ləzzət və reybə qəsdi ilə yanaşı olur və təbiidir ki, şərən haram olacaqdır.

b) Qadının naməhrəm kişi ilə danışması.

Məsələ 178: Qadınlar aşağıdakı şərtlərlə naməhrəm kişi ilə danışa bilərlər:

1-Ləzzət və reybə qəsdi olmasın.

2-Öz səslərini nazikləşdirməsinlər.

3-Günaha düşmək qorxusu olmasın.

İmam, Fazil, Məkarim: “Ürvə”, “Nikah”, məsələ 39.

İmam: “Təhrir”, “Nikah”, məsələ 29,

Sistani: “Minhacus-salihin”, “nikah”, məsələ 29.

Bəhcət: Qadınlar naməhrəmlə söhbət edərkən gərək şəhvəti təhrik edən hər bir şeydən çəkinsinlər. İstifta.

Məsələ 179: Qadınların zərurət halı olmadan başqa hallarda naməhrəmlə danışmaları məkruhdur.

İmam, Fazil, Məkarim: əvvəlki məsələlərin mənbələri.

Bəhcət: Məkruhdur, yalnız şəhvətin təhrik olunmasına səbəb olduğu hal istisnadır ki, bu halda ondan çəkinmək lazımdır. İstifta.

Sistani: Əgər ləzzət qəsdi və harama düşmə qorxusu olmazsa, caizdir. İstifta.

Məsələ 180: Qadınların naməhrəm kişiləri harama salmaq məqsədi ilə onlarla söhbət etməsi caiz deyildir. İstər onların dediyi mətləb nəticəsində günaha düşsün, yaxud elə desin ki, naməhrəmin özü günaha düşmüş olsun: Misal üçün, təhrikedici səhnələri danışmaqla, yaxud eşitməklə naməhrəmin təhrik olunduğu şeyləri bəyan etməklə.

İmam, Fazil, Məkarim: “Ürvə”, “Nikah”, 39-cu məsələdən istifadə etməklə.

İmam: “Təhrir”, “Nikah”, məsələ 29.

Sistani: “Minhacus-salihin”, “nikah”, məsələ 29.

Bəhcət və Xamenei: İstifta.

Diqqətli olmaq lazımdır

Kişilərin barəsində qeyd olunduğu kimi, bəzən qadınlar da şeytani hiylələrə düçar ola bilərlər. Buna görə də onlar naməhrəmlə o qədər yaxın ünsiyyətdə olurlar ki, sanki onun qardaşıdır. Xüsusilə o qadınlar ki, naməhrəmlə daha artıq təmasda olurlar. O cümlədən tibb bacıları, idarələrdə, şirkətlərdə işləyən qadınlar, idmançılar və s. başqalarından daha artıq diqqətli olmalıdırlar.

Qeyri-zəruri işlər üçün naməhrəmlərdən kömək istəmək, məhrəmdən soruşmaq mümkün olduğu halda naməhrəmdən bir məsələ barəsində soruşmaq, bəhs etmək və özünü araya salmaq, öz üstün cəhətini naməhrəmə bildirmək, naməhrəmlə daha artıq ünsiyyətdə olmaq, naməhrəmin olduğu mühitlərdə işləməyə daha çox maraq göstərmək və bir sözlə, bütün bu hallarda günaha düşmə ehtimalı vardır və adətən bu kimi ünsiyətlər ləzzət və reybə qəsdilə yanaşı olur və şərən haram sayılır.

Məsələ 181: Qadınlar naməhrəmlə söhbət edərkən öz səslərini nazik etməməlidirlər. Belə ki, əgər müqabil tərəfin qəlbində xəstəlik olarsa, onu özünə cəlb etsin. Baxmayaraq ki, adi bir mətləb barəsində söhbət etsələr də.

İmam, Bəhcət, Xamineki, Sistani, Fazil, Məkarim: Əvvəlki məsələlərin mənbələri.

Məsələ 182: Qadın onunla ləzzət qəsdi olan bir naməhrəm kişi ilə söhbət edə bilərmi? (Qadın günaha düşməyəcəyini bilirsə).

Bəhcət, Xamenei: Caiz deyildir. İstifta.

Məsələ (Sual) 183: Qadınların naməhrəm müqabilində xor oxuması caizdirmi? Onun naməhrəmlər tərəfindən eşidilməsinin hökmü nədir?

Xamenei: Qadınların xorla oxuması, həmçinin onların səsinin dinlənməsi ləzzət və reybə qəsdi ilə olmazsa eybi yoxdur. İstifta.

Fazil: Qadınların xorla oxuması adətən fəsada səbəb olduğundan caiz deyil. İstifta.

Bəhcət: Əgər fəsada səbəb olarsa, caiz deyildir. Əslində, əksər hallarda qadının kişinin hüzurunda oxuması və onların səsinin dinlənilməsi fəsada səbəb olduğundan caiz deyildir. İstifta.

Sistani: Harama düşmək qorxusu olarsa, yaxud adətən təhrikedici olarsa, caiz deyildir. İstifta.

Məsələ 184: Qadın tək halda mahnı oxuyarsa və təhrikə səbəb olmazsa ona qulaq asmaq caizdirmi?

Bəhcət və Xamenei: Əgər fəsada səbəb olarsa, caiz deyil, Əksinə əksər hallarda qadının kişinin hüzurunda mahnı oxuması və onun səsinin dinlənməsi fəsada səbəb olduğuna görə caiz deyildir. İstifta.

Fazil: Caiz deyildir, çünki adətən fəsad gətirir. “Camiül-məsail”, cild, 1, sual 1724.

Məsələ 185: İslam respublikasının radiosundan efirə buraxılan qadın deyimlərinə qulaq asmağın hökmü nədir?

Bəhcət və Xamenei: Əgər fəsada səbəb olarsa caiz deyildir. İstifta.

Fazil: Əgər ğina ünvanı olmazsa və təhrikedici də olmazsa, eybi yoxdur. Camiul-məsail, cild, 1, sual 725.

Məsələ 186: Qadınların naməhrəm müqabilində Quran oxumaları, hətta sovt-ləhn ilə olarsa, işkalı yoxdur. Bu şərtlə ki, şəhvətin təhrik olunmasına və fəsada səbəb olmasın.

İmam: Əhkami banəvan kitabının istiftasından istifadə etməklə. Sual 5, səh.24

Xamenei: İstifta.

Fazil: “Camiül-məsail”, cild, 1, 1722-ci sualdan istifadə etməklə.

Bəhcət: Əgər fəsada səbəb olarsa, caiz deyil. Əksinə, əksər hallarda qadının kişinin hüzurunda oxuması və onun səsinin dinlənməsi fəsada səbəb olduğuna görə caiz deyil. İstifta.

Sistani: Adətən dinləyicinin təhrik olunmasına səbəb olduğu bir tərzdə olarsa caiz deyil. İstifta.

Məkarim: Qadınların naməhrəmlər müqabilində ucadan Quran oxuması işkallıdır. İstifta.

Məsələ (Sual) 187: Şəhvət məsələləri ilə əlaqədar olan eşq kitablarını oxumaq caizdirmi? Belə kitabların çap olub, yayılması caizdirmi?

Bəhcət: Yaxşı olar ki, insan öz ömrünü zay etməsin. Bu iş ehtiyatın xilafınadır. İstifta.

Xamenei: Caiz deyildir. İstifta.

Sistani: Harama düşmək ehtimalı olduqda caiz deyildir və onun çap olunub yayılması fəsada səbəb olarsa, caiz deyildir. İstifta.

Fazil: Əgər zəlalət kitablarından hesab olunsa və oxucuların öz yolunu azmasına səbəb olarsa onu oxumaq, nəşr etmək və saxlamaq caiz deyildir. İstifta.

Məkarim: Əgər onda fəsad qorxusu olarsa caiz deyildir. İstifta.

Məsələ (Sual) 188: Naməhrəmə məktub yazmaq, eşq və şəhvət məsələlərini bu məktubda irəli çəkməyin hökmü nədir?

Fazil: Fəsada səbəb olan hər bir işdən çəkinmək lazımdır. İstifta.

Bəhcət: Fəsad olduğuna görə caiz deyildir. İstifta.

Sistani: Bu kimi işlər fitnə-fəsad yaratdığına, fəsad zəminləri icad etdiyinə görə caiz deyil. İstifta.

Məkarim: Caiz deyildir. İstifta.

 

Seyyid Məhəmməd Məsud Məsumi  Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri

 

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment