Cədəl və bəhs

Cədəl düşmənlik və ədavətin şiddətliyidir, və bu kəlmənin Quranda əksər istifadəsi haqsız düşmənçilik mənasındadır.
Cidal yəni ədavətli söz söhbət və bir birinin üzərində qələbəçilik (“Mofredat” səh 189)
Müqəddəs Qurani-Kərimdə cədəl və çəkişmə barədə buyurur:
“Əgər (bütün dəlil-sübutlar təqdim edildikdən sonra yenə) səninlə mübahisə etsələr, onda (üz döndərərək) de: “Etdiklərinizi Allah daha yaxşı bilir. (“Həcc”, 68)
Cədəl haqqında digər ayələr; Həcc 3; Ənfal 6 ; Rəd 13 ; Ğafir 4 ; Kəhf 56

Yadınızda saxlayın ki, heç bir şeydə bəhs və cədəl (o desin sən de) kimi güc yoxdur ki, dostluğu düşmənçiliyə, məhəbbəti isə kinə çevirsin. Peygəmbər (s) buyurur: “Cədəli tərk etməyincə heç bir kəsin imanı kamil olmaz hətta haqq onla olsada belə.” (Bihar, c. 2 səh, 137)
Ancaq çox təəssüf biz Əziz Peygəmbərimizin (s) sözünü qulaq ardına vuraraq elə fürsət axtarırıq ki, bir kəsin səhv və özümüzün düz olduğumuza yəqinlik tapan kimi bəhs və cədəl ilə bunu həmin şəxsə sübüt edək. Yadımızda qalsın ki özümüzündə xəbərimiz olmadan bəhs və cədəl bizim səmimi əlaqələrimiz və dostluğumuzu aradan aparır. Peyğəmbər (s) buyurur: “Cədəl və çəkişmə (hətta) qədim dostluğuda aradan aparır.”(“Ehqaqul-həqq” c. 19 səh, 356)

Nə səbəb olur cədəl yaransın?

Cədələ səbəb elmi mənbənin olmamasıdır. Necə ki Quran bu barədə buyurur: “…bəs nə üçün bir-birinizlə elminiz olmayan şey barəsində mübahisə edirsiniz?!”
(“Ali-İmran” surəsi, 66)
Əgər hər bir şəxs Quranın buyurduğu kimi (“Bəqərə”111) dəlil və sübutla danışsa cədəlin yaranmasına səbəb qalmaz. Cədəl əxlaqın aradan getməsinədə səbəb olur. Əgər bildimiyimiz bir məsələni bilməyən ya bilmək istəməyən bir şəxslə çox uzatsaq bu özümüzü göstərməkdən başqa bir şey deyil. Bilməyən insanın uzatması isə elmi dəyərdən salmaqdır.
Cədələ adət edən şəxs bundan uzaqlaşmaq üçün:
1. Gərək başqalarını özündən üstün və özünü digərlərindən aşağı sansın.
2. Heç kimin eybini axtarmasın.
Gəlin hamımız bu böyük xətər və təhlükəni dərk edək və özümüzlə əhd bağlayaq ki bu gündən heç bir kəslə mücadilə (çəkişmə) etməyək.

Leave a Comment