Bizimlə İmam (ə) arasında ayrılıq salan nədir

Bismillahir rəhmanir rəhim

 

Allahu-təalanın “De: əməl edin. Allah sizin əməllərinizi görəcək, (həmçinin) Onun Rəsulu və möminlər də (görəcək)” ayəsinin təfsirində də gəldiyi kimi İmam Sahibəz-zəman (ə) bizi və bizim əməllərimizi görür.

Rəvayətlərdə gəlmişdir ki, o Həzrət (ə.f) “müqəddəs ruhla təyid edilmişdir. Onunla Allah (ə.c) arasında nurdan bir sütün vardır ki, orada bəndələrin əməllərini və ehtiyac duyulan hər bir şeyi görür” (Bihar: 25/117).

O həzrət bizim danışıqlarımızı, cisimlərimizi və bizdən zahir olan hər bir şeyi görür. Habelə sözlərin və sətirlərin arxasındakıları şeyləri, fikri və niyyətləri görür. Bilir ki, bizim niyyətlərimiz Allaha görədir, ya başqasına görə.

Necə ki, ziyarətinə gələn üstü-başı çirkli və üfunətli şəxsə, əvvəlcə gedib öz üzərindən çirkinlikləri, zir-zibilləri, əqrəbləri və qurdları atmasını və bundan sonra ona “buyur, xoş gəlmisən, qapımız sənə açıqdır”- dediyin kimi, eləcə də Sahibəz-zəman (ə) qapısını hər bir kəs üçün açmışdır, lakin bizdən əvvəlcə təmizlənməyimizi, sonra onun görüşünə gəlməyimizi tələb edir..

Gəlin Allahla əhd bağlayaq və yolda addımlamağa başlayaq. Bəlkə də gec ya tez məqsədə çatarıq. Həqiqətən də yolla addımlayan şəxs, mütləqdir ki, mənzil başına çatsın. Sahibəz-zəman (ə) mənim və sənin qəlbini bilir və bilir ki, yol yolçusuyuq ya yox. Əgər o həzrət bizdən sidq niyyət görsə, şübhəsiz ki, əlimizdən tutacaq. Əgər bizdən birisi ona tərəf yolun beş faizi qədər addım atsa, yolun qalan hissəsini o həzrət (ə) özü ona tərəf addımlayacaq və qollarını açacaq. Lakin gərək özümüzü buna layiq edək.

Nəcis ruhlar İmamla (ə) görüşə layiq deyillər. Xətakar gözlərin həzrətə nəzər salmaq haqları yoxdur. Günahlarla dolmuş qulaqların onun səsini eşitmək qabiliyyəti yoxdur. Görəsən minlərlə günah sadir olan bu dodaqlar o həzrətin mübarək əlini öpməyə necə layiq ola bilər?!

Əks halda, İmam (ə) nə üçün bizə onunla görüşməyə izin verməsin? Bir halda ki, kərəm və lütf əhlidir.. Məgər filan seyyid, filan şeyx, filan ərzaq satan, filan ətir satan və hətta oxuma-yazma bilməyən bir sıra adi şəxslər belə onunla görüşməyiblər? Elə isə nə üçün oxuma-yazma bilən mənə və sənə görüş izni vermir?

Günahlardır bizimlə İmamın (ə) arasında ayrılıq salan.. İmam bizim zahirlərimizə baxmır. Həzrət bizim qəlblərimizə, ruhlarımıza və əqllərimizə baxır.

“Əl-Huccətul-Muntəzər”, Seyyid Sadiq Şirazi

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment