Bir gün Peyğəmbər (s) əziz qızı Fatiməyə (ə) üz tutub buyurdu: “Peyğəmbərlərin ən üstünü atandır və bizdəndir vəsilərin ən üstünü və o sənin həyat yoldaşın Əlidir (ə), bizdəndir şəhidlərin ən üstünü və o mənim əmim Həmzədir, bizdəndir o kəs ki, iki qanadı var və o iki qanadı ilə cənnətin harasına istəsə uçar və o atanın əmisi oğlu Cəfərdir, bizdəndir bu ümmətin iki nəvəsi və cənnət cavanlarının iki ağası və onlar sənin övladların Həsən (ə) və Hüseyndir (ə) və bizdəndir Məhdi (ə.f.) və o sənin övladlarındandır.”( Əl-məcalis, Seyyid Muhsin Cəbəl-Amuli:5)
İmam (ə.f.) üçün əqiqə
Əbu Cəfər Omri rəvayət edir ki, Əmr sahibi (İmam Zaman (ə.f.)) dünyaya gəldikdə İmam Həsən(ə) buyurdu ki: Əbu Əmri çağırın. Eləki Əbu Əmr gəldi İmam (ə) dedi: min rət l(rətl keçmişdə ölçü vahidi olub, təqribən 420 qırama bərabərdir) çörək və on min rətl ət al və bəni haşim tayfası arasında böl və filan qədərdə qoyunu övladım üçün əqiqə et.(İsbat-ul huda 6: 430)
Tərcümə: Ruqəyyə Neynəvayi
“Hezaro yek nokte” müəllif: Muhəmməd Rəhməti Şəhr-Rza
Məlumatdan isdifadə etdikde isdinad vacibdir.