Bir sual və cavabı

Bismillahir rəhmanir rəhim

 Sual: İmam Məhdi (ə.f) bizimlə birgə yer üzündədirmi, yoxsa başqa bir yerdədir? Hazırkı dövr İmamın (ə.f) zühur etməsi üçün münasibdirmi? Bizim fikrimizcə yer artıq zülm və sitəmlə dolub və bu səbəbdən də hazırkı vaxt zühur üçün münasib bir vaxtdır.

Cavab: Mübarək hədislərə əsasən İmam (ə.f) bu yerin üzərindədir. Hədislər bildirir ki, həzrət insanlar arasında yaşayır, hər il Həcc mövsümündə Həccdə iştirak edir, insanları görür, insanlar da onu görürlər, həmçinin, camaatı görüb tanıyır, lakin camaat onu görsələr də tanımırlar. Xüsusən də hədisdə gəlmişdir ki, əgər o (ə.f) olmasaydı yer məhv olardı. Bu isə onu təsdiq edir ki, həzrəti İmam (ə.f) yer üzərində yaşayır.

Kim onun (ə.f) yer üzündə deyil, başqa bir məkanda yaşadığını iddia edərsə, gərək dəlil gətirsin. Bunu isə heç kəs sübut edə bilməmişdir, hətta dəlillər bu iddianın əksini deyir.

Hazırkı vaxtın onun (ə.f) zühuru üçün münasib olub olmamasına gəlincə isə bu ilahi təqdirdən asılı olan bir məsələdir. Sizin nəzərinizə görə yer üzü zülm və sitəmlə dolub, lakin əsl həqiqət belə olmaya da bilər. Belə ki, zülm çox və ya az ola bilər. Mümkündür ki, bu gün mövcud olan bu zülm və sitəm zühur zamanı mövcud olacaq zülm və sitəmin onda biri belə olmasın!

Hətta fərz etsək ki, bu gün mövcud olan bu zülm, zühur öncəsi baş verəcək elə həmin zülmdür, yenə də deyə bilmərik ki, zühur baş verməlidir. Çünki zühurun baş verməsinin yeganə şərti bu deyil. Əksinə bir çox başqa əlamətlər də vardır ki, onlar hələ həyata keçməyib.

 

“İmam Məhdi (ə.f) ilə bağlı araşdırmalar mərkəzi”-nin məlumatlarından tərcümə

 

 

1 thought on “Bir sual və cavabı”

Leave a Comment